Kişilər də qayınanalardan az çəkmir

Kişilər də qayınanalardan az çəkmir
Kişi dünyası
10.09.2017 15
Elə bir gəlin tapılmaz ki, qayınanasından razılıq etsin. Eləcə də elə
bir qayınana yoxdur ki, gəlinindən şikayət etməsin. Ümumiyyətlə,
gəlin-qayınana problemi həmişə olub, indi də var, gələcəkdə də olacaq.
Amma demə, kürəkənlər də qayınanalardan çəkirmiş.
Qadınlardan
fərqli olaraq kişilər çox vaxt qayınanaya qarşı olan xoşagəlməz hissi
həyat yoldaşlarından gizlətməyə çalışırlar. Lakin arvadına anasına
görüşməyi qadağan edən, anasının evinə getməyə icazə verməyən,
qayınanasına ondan xoşlanmadığını açıq şəkildə bildirən kişilər də az
deyil.
Psixoloq Jalə Həmidlinin sözlərinə görə,
kişilər qayınananı həyat yoldaşlarına mane olan bir insan kimi,
qayınanalar isə kürəkəni qızının bütün problemlərinin səbəbkarı kimi
görürlər: "Ana qızını ərə verəndən sonra ərin onun üzərində hüquqlara
malik olmasına görə narahatlıq keçirir. Artıq qız anası ilə deyil, əri
isə məsləhətləşir, ərin qoyduğu qaydalarla yaşamağa başlayır. Ananın
uzun illər verdiyi tərbiyə, qadağalar, öyrəşdirdiyi həyat tərzi arxa
plana keçməyə, tədricən unudulmağa başlayır. Ana düşünür ki, o, qızını
əziyyətlə böyüdüb, oxudub, tərbiyə edib, onu göz bəbəyi kimi qoruyub,
indi isə yad bir adam gəlib qızına "ağalıq" edir, bir çox hallarda hələ
bir qızı bəyənmir. Ana kürəkəndən qızına görə minnətdarlıq gözləsə də,
çox vaxt bunun əksini görür. Ər arvadını anasından uzaqlaşdırmağa,
anasına qısqanmağa və anaya münasibətlərinə mane ola bilən, sevgisinin
bir qismini əllərindən alan, aralarını soyudan, qızını ərə və onun
qohumlarına qarşı çıxmağı öyrədən bir insan kimi baxır. Ər qız ilə
evlənir və həyat yoldaşının onunla hedablaşmasını adi hal kimi qəbul
edir. Həyat yoldaşı ilk növbədə ərin, sonra isə anasının dediyinə qulaq
asmalıdır. Anaya isə bu cür münasibət təsir edir. Ər nadir hallarda
qayınanasına yaxşı qız böyütdüyü üçün minnətdarlıq duyur və bunu nümayiş
etdirir".
Psixoloq izah edir ki, kürəkən və qayınana arasındakı
bu xoşagəlməz münasibət əksər hallarda gizli baş verir: "Bu cür
hisslərin niyə yarandığını onlar özləri də anlaya bilmirlər. Axı, ana
sevinə-sevinə qızını ər evinə yola saldı. Ər də evlənənə qədər qızın
anasıyla mehriban idi. Lakin bu sadalanan hisslər toydan sonra gizli
olaraq inkişaf edir və güclənir. Bir müddətdən sonra arvad hiss edir ki,
anası evlərinə gələndə ərin kefi pozulur. Anası da kürəkənin evdə
olmamasını, qızı ilə rahat danışmağı istəyir".
Əgər xoşagəlməz
münasibətə səbəb yoxdursa, arvada ərinin bu cür reaksiyası pis təsir
edir və o düşünür ki, görəsən, anam ona nə edib ki, anamdan acığı gəlir?
Qadın sadəcə düşünməklə kifayətlənməyib, əri ilə bu məsələni
araşdırmağa çalışanda çox vaxt dava başlayır. Bəzən isə xoşagəlməz
münasibətin kökləri araşdırılmır və tərəflər bir-birinə hörmət edərək,
lakin əksər hallarda xoşagəlməz münasibəti daxillərində gizlədərək
ömrünün axırlarına qədər belə yaşayırlar.
Həmidli bildirib ki,
kürəkən və qayınana arasında yaranan xırda mübahisələr belə vəziyyəti
ağırlaşdıra bilər: "Bəzən konfliktlərə, "mənə bu sözü pis tərzdə dedi",
"mənə çox pis baxdı", "qabı niyə ora qoydu", "əlini niyə yumadı", "niyə
evə gec gəldi", "pullarını hara xərcləyir" və s. əhəmiyyətsiz amillər
səbəb olur".
Qayınanın kürəkənə nisbətən həyat təcrübəsi daha
çoxdur və cavan, həyatdan yaxşı başı çıxmayan kürəkəni hansısa bir
problemlə bağlı asanlıqla günahkar çıxarır. Qızı ilə bağlı problemdə
ərin məsuliyyət daşımalı olduğunu əsas gətirərək kürəkəni istifadə edir.
Həyat yoldaşına yaxşı baxmaq, onun problemlərini həll etmək ər üçün çox
önəmlidir və buna görə o, məsuliyyət hiss edir. Ərə bu barədə
məsuliyyətsiz olduğunu üzə vuranda ona çox pis təsir edir. Nəyisə
bacarmaması, edə bilməməsi və bunu onun başına vurmaq böyük psixoloji
zərbədir. Qayınana kürəkənə irad tutduqca, kürəkən əsəbləşir. "Qızıma
yaxşı baxmırsan", "Niyə qohumlarına qızımı əzməyə imkan verirsən", "Niyə
bunu eləmədin", "Qızıma qarşı bu səhvi necə edə bilərdin?" və s. kimi
iradları kürəkən xoşlamır və bu səbəbdən də qayınana ilə konflikt
yaşamağa başlayır. İradlar çoxaldıqca konflikt də böyüyür. Bəzən elə
həddə çatır ki, tərəflər bir-biri ilə danışmır və ya ailə dağılır.
Psixoloq məsləhət görür ki, qayınana kürəkənlə münasibəti pozulmaması,
qızının ailəsinin dağılmaması naminə münasibətlərinə qarışmamalıdır.
Qızını nə qədər çox istəsə də, xüsusilə də, evlilik həyatının ilk
illərində onunla az görüşməli, ata evinə az çağırmalı, qızın yeni evə və
ailəyə öyrəşməsini təmin etməlidir. Qız getdiyi evin gəlini olduğunu
anlamalı, yeni mühitə, yeni həyat tərzinə öyrəşməlidir. Ata evinə hədsiz
bağlılıq isə buna imkan vermir. Tez-tez gəlin "ata evinə" şikayət edir.
Çox vaxt bu şikayətlər, sadəcə qızın "ata evi" üçün darıxması, yeni
öhdəliklərini yerinə yetirmək istəməməsi, yeni şəraitə adaptasiya ola
bilməməsi ilə bağlı olur. Ana belə hallarda ərlə arvadın münasibətinə
qarışdıqca vəziyyət daha da ağırlaşa bilər. Kürəkən qayınanasını dediyi
acı sözlərə, iradlara, arvad isə ərini anasının ünvanına dediyi sözlərə,
pis halda söyüşlərə və zorakılıq tətbiq etdiyinə görə bağışlamaya
bilər. Qızına qarşı pis və kobud rəftar edən, onu döyən kürəkən də
ananın gözündən düşür.
Kürəkən isə qayınanası ilə konflikt
yaşamasın deyə, gərək onunla öz valideyni ilə davrandığından daha yaxşı
davransın, münasibətlərdə pərdə saxlasın. Əgər kişi qayınanasına
hörmətlə yanaşsa, ona həqiqətən də həyat yoldaşını tərbiyə etdiyi, onun
üzərində əziyyət çəkdiyi üçün minnətdarlıq nümayiş etdirsə, bu, qayınana
üçün böyük mükafat olacaq və konflikt yaşamayacaqlar. Onların
münasibəti çox mehriban olacaq. Əgər kürəkən qayınanaya qarşı əvvəldən
hörmətsizlik, diqqətsizlik göstərsə, münasibətlərdə axır-əvvəl gərginlik
yaranacaq. Ana qızının etdiyi hörmətsizliyi bağışlasa da, kürəkənin pis
hərəkətini nə unuda, nə də bağışlaya bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!