Kişilər hansı qadınlara meyillidirlər?

Kişilər hansı qadınlara meyillidirlər?
Kişi dünyası
10.09.2017 23
Fransalı alimlərdən maraqlı araşdırma ...

Kişilər hündürdaban ayaqqabı geyən qadınlara daha çox kömək edirlər. Hündür ayaqqabılar kişilərin diqqətini hər şeydən çox cəlb edir.



Fransadakı Bretagne-Sud universitetinin mütəxəssisləri bunu müəyyən etmək üçün kiçik bir araşdırma aparıblar.



Nikolas Quequen və komandası hündürdaban və düz ayaqqabı geyən xanımların kişilərə yaxınlaşaraq sorğuda iştirak etmək üçün blank doldurmalarını xahiş etməsini istəyib.



Təcrübədə əvvəlcə düz, sonra isə hündürdaban geyən qadınlar iştirak ediblər. Bu zaman qadınlar əllərindəki əlcəyin bir tayını yerə salmalı olublar.



Nəticədə bəlli olub ki, kişilər hündürdaban qadınlara kömək etməyə daha çox meyllidirlər. Belə ki, onlar belə ayaqqabı geyən qadınlarla asan ünsiyyət qurur, onların istəklərinə daha həvəslə cavab verir, əlcəklərini götürmək üçün daha cəld kömək ediblər.



Bununla da kişilərin qadınlarla ünsiyyəti zamanı xarici görünüşün nə qədər böyük rol oynadığı bir daha sübut edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!