Qırmızısifət kişilər daha cazibədardır

Qırmızısifət kişilər daha cazibədardır
Kişi dünyası
10.09.2017 18
İngiltərə universitetləri tərəfindən aparılan tədqiqata görə qadınlar qırmızıyanaq və utancaq kişiləri daha cazibədar hesab edirlər.

"Evolutionary Psychology” jurnalında yayımlanan tədqiqata görə 45 qadına müxtəlif görünüşlü kişi şəkilləri paylanılıb və onlardan bu şəkillərə dəyişiklik edib cazibədar hesab etdikləri formaya salmaları xahiş olunub. Müşahidələrə görə, bu zaman qadınlar ilk olaraq həmin kişinin dəri rəngini dəyişdirməyə başlayıblar və əsas rəng kimi qırmızı rəng üzərində qərarlaşıblar. Bunun səbəbini St. Andrews Universitetinin mütəxəssisi prof. David Perett belə izah edib: "Qırmızıyanaq kişilər qadınlar üçün cazibədarlığın və aqressivliyin simvoludur. Elə buna görə də qadınlar əksər hallarda bədən quruluşu ideala yaxın olmasına baxmayaraq, üzündə heç bir ifadə olmayan, donuq sifət kişiləri sevmirlər ”.



Bununla yanaşı, qeyd edək ki, tibb mütəxəssisləri qırmızı yanaqlığı sağlamlığın təcəssümü kimi qiymətləndirirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!