Bəylərin makiyaj haqqında olan düşüncələri

Bəylərin makiyaj haqqında olan düşüncələri
Kişi dünyası
10.09.2017 21
Qadınların, qarşı tərəfdə yaxşı bir təəssürat buraxmaq üçün izlədiyi yollardan biri heç şübhəsiz makiyajdır. Hamımız makiyajı daha yaxşı və daha gözəl görünmək üçün edirik, bu bir sirr deyil.
Yaxşı, kişilər bizim makiyajımız haqqında nə düşünür görəsən?
Təbii makiyaj
Əlbəttə kişilər makiyaja qarşı deyildirlər. Onların problemi şişirtmə makiyaj ilə. Çox makiyajı sevmirlər. Təbii bir makiyaj, onlara görə ən yaxşı olanı. Kirpik üçün tuş, yüngül bir ənlik və dodaq parladıcısı onlara görə kafidir.
Göz makiyajı
Kişilər, parlaq və tünd rəng göz makiyajını çox cazibədar görmürlər. Çəhrayılar, sarılar kimi canlı tonlar onlara görə deyil. Onların idealı neytral tonlarında bir göz makiyajıdır. Qara və ya qəhvərəngi göz qələmi ilə gözəlliyinizi vurğulayın. Ten ilə də lazımlı tüstü görünüşü verin.
Taxma kirpiklərə qarşı olduqlarını da ifadə etməyə ehtiyac yoxdur. Taxma saç, taxma kirpik kimi gerçək olmayan şeylər, onlara görə heç cazibədar deyil. Tuş kifayətdir.
Ənlik
Çəhrayı yanaqlar, bir insanın ürəyini fəth etmək üçün ən güclü bir silahdır! Müxtəlif araşdırmalarla sübut edildi ki, kişilər çəhrayı yanaqları seksual görürlər.Əlbəttə yüngül bir çəhrayılıqdan bəhs edirik, günəşdə qızarmış kimi təbii... Ona görə ənliyi yüngül çəkin, ənliyə bulanmayın.
Dodaq makiyajı
Parlaq və tünd dodaq makiyajı, sıxlıq içində gözə dəyir amma kişilər üçün öpüləsi bir məna ifadə etmir. Onlar üçün öpüləsi dodaqlar, dodaq parladıcısı ya da dərinizin tonunu tamamlayan rujjdan ibarətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!