Kişilərin saç düzümü və xasiyyəti

Kişilərin saç düzümü və xasiyyəti
Kişi dünyası
10.09.2017 53
Kişilərin saç düzümü və xasiyyəti
Saç düzümünə əsasən kişinin xasiyyətini müəyyənləşdirmək olur. Yəqin ki, tanış olduğunuz insan haqda daha çox məlumata sahib olmaq istəyirsiniz. Elə isə kişinin saç düzümünə fikir verməyi unutmayın. Çünki saç düzümü insan haqda çox söz deyir.
Qısa saçlar
Psixoloqlar deyir ki, saçlarını hər zaman qısa kəsən kişilər nəfsinə qalib gəlməyi bacarırlar. Xaraktercə qüdrətlidirlər. İncəsənətdən səthi zövq alırlar. Əyləncəni və rəqs etməyi isə çox sevirlər. Bəzən inadkar olurlar,nəzakətli və həssas olur.
Uzun saçlar
Uzun saç düzümünə sahib olan kişilər sənət mübtəlasıdır. Bu kimi kəslər hər hansı sənət sahəsində özlərini sınaqdan keçirməsələr rahatlaşa bilməzlər. Uzun saçlı kişi həm də insanları sevmirlər.  Sevdiyi işi ciddi qəbul edir və çox vaxt sədaqət göstərir.
Saçları qabarmadığı halda saç kremindən çox istifadə edən kişilər qərarsız olurlar. Onlara güvənmək olmaz. Ətrafında səmimi dostları çox az olur.
Saçlarını parıldadıb başına yapışdıran kişi başqalarına güvənir və öz şirin canını çətinliyə salmaqdan qorxur. Üzsüzdür, təhqirlərə də gülərək cavab verir.
Saçını yandan ayıran kişi təmkinli və qüdrətlidir. Xarakteri sabitdir. Macərasız, dalğasız, fırtınasız, sakit bir həyat sürər. Həyatı yalnız özünün çəkdiyi dar çərçivələrlə məhdudlaşır. Mülayim, mehriban və dözümlü olduğu üçün tanışları onu çox sevir.
Saçını ortadan ayıran kişi sırf yenilik olsun deyə hər işə qatlaşır. Elə buna görə də başı hər zaman qalmaqaldadır. Yaxınları onu bu vərdişdən nə qədər yayındırmağa çalışsa da bacarmırlar. Çünki belə kişilər hazırcavab olurlar və deyilənləri bir qulağından alıb o birindən ötürürlər.
Saçlarını heç ayırmadan arxaya darayan kişi enerjili olur. Zahiri görkəminə o qədər də diqqət yetirmir. Qüvvətli şəxsiyyətdir. Qətiyyən başqalarının təsiri altına düşmür. Kitab oxumağı və incəsənətlə məşğul olmağı çox sevir. Hər zaman məşğul olduğu üçün başqalarına da çox vaxt ayıra bilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!