Bu yağ kişilərdə potensiyanı yaxşılaşdırır

Bu yağ kişilərdə potensiyanı yaxşılaşdırır
Kişi dünyası
10.09.2017 17
Küncüt yağı çox xeyirli müalicəvi məhsuldur. Bizim eramızda çox-çox
əvvəl Qədim Vavilonda, Qədim Çində, Qədim Misirdə küncüt yağı müalicəvi
vasitə kimi geniş istifadə olunurdu.
Dahi Avisennanın elmi əsərlərində küncüt yağının faydalı xüsusiyyətləri və onun tibbdə istifadəsi haqqında məlumat var.
Təbii küncüt yağı bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.


Küncüt yağı ürək-damar sisteminin fəaliyyəti üçün çox xeyirlidir.
 Küncüt
yağı qan damarların divarlarını möhkəmləndirir və onların elastikliyini
artırır, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, qan
təzyiqini normada saxlamağa kömək edir, qanın tərkibinə müsbət təsir
edir.


Küncüt yağı qanın laxtalanması ilə bağlı olan bir çox
xəstəliklər və pozulmalar zamanı (hemorragik diatez, trombopeniya və s.)
sübut olunmuş müalicəvi təsir edir.

Küncüt yağının qəbulu ürəyin işemik xəstəliyi, hipertoniya, infarkt,
insult, ateroskleroz, aritmiya kimi xəstəlikləri və pozulmaları zamanı
müalicəvi təsir edir. Həmçinin bu xəstəliklərin profilaktikası məqsədi
ilə də küncüt yağını istifadə etmək olar.
Küncüt yağı beyin damarların sıxılmasının (spazm) qarşısını alır,
beyində qan dövranını yaxşılaşdırır və ümumillikdə beyinin fəaliyyətinə
müsbət təsir edir. Belə hesab olunur ki, küncüt yağı qəbul edən
insanlarda yaddaş, diqqət və təfəkkür qabiliyyəti   yaxşılaşır.
Küncüt yağı bağırsaqlara yüngül işlədici təsir edir. Bu xroniki
qəbizlikdən əziyyət çəkən insanlar üçün çox vacibdir. Küncüt yağı
bağırsaqları təmizləyir, onları şlaklar, toksinlər, azad radikallar,
ağır metalların duzları və digər orada yığılan ziyanlı maddələrdən
təmizləyir.


Küncüt yağı mədə şirəsinin turşuluğunu azaldır. Bu səbəbdən
küncüt yağı mədə və 12 barmaq bağırsağı xorası və həmçinin qastrit
zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Küncüt yağı qara ciyərin və öd kisəsinin fəliyyətini yaxşılaşdırır,
ödqovucu təsir edir, öd daşı xəstəliyi profilaktikası üçün uğurla
istifadə oluna bilər.
Küncüt yağı həmçinin qurdqovucu təsirinə də malikdir. Bu səbəbdən bu yağı uşaqların qidalanmasında istifadə etmək yaxşıdır.
Ağır xəstəliklərdən və güclü streslərdən sonra bu yağın
qəbulu insan orqanizminin daha tez bərpa olunmasına kömək edir.
Yorğunluq, zəiflik, yuxusuzluq zamanı küncüt yağı çox yaxşı kömək edir.

Küncüt yağı immun sisteminə də müsbət təsir edir. Soyuqdəymələr
xəstəlikləri, öskürək, faringit, tonzillit (angina) zamanı küncüt
yağının qəbulu sağalmanı tezləşdirir.
Küncüt yağı kalsium elementi ilə olduqca zəngindir. Bu səbəbdən bu
yağı uşaqların, yaşlı insanların və hamilə qadınların qidalanmasında
daha geniş istifadə etmək lazımdır. Küncüt yağı müalicəvi və
müalicəvi-profilaktik massaj zamanı istifadə olunur (xüsusilə oynaq və
sümük problemləri olan insanlarda və həmçinin körpə uşaqlarda).
Küncüt yağının tərkibində olan xüsusi maddələr güclü antioksidant
təsirinə malikdir ki, bu yağın müntəzəm qəbulu orqanizmi cavanlaşdırır,
orada gedən qocalma və dağılma prosesləri ləngidir.
Küncüt yağı yarasağaldan təsirinə malikdir, müxtəlif dəri
xəstəlikləri (ekzema, psoriaz və s.), yanıqlar zamanı müalicəvi vasitə
kimi istifadə olunur.
Küncüt yağı qadınların cinsiyyət sisteminə müsbət təsir edir, klimaks
zamanı qadınların vəziyyətini yaxşılaşdırır, menstruasiya ağrıların
azalmasına kömək edir.
Belə hesab olunur ki, küncüt yağının qəbulu kişilərdə potensiyanı
yaxşılaşdırır, spermatogenez prosesinə (spermatozoidlərin istehsalı
prosesi) müsbət təsir edir.
Küncüt yağı kosmetologiyada dərinin və saçların vəziyyətinin
yaxşılaşdırılması üçün istifadə olunur. Bu yağ müxtəlif qidalandırıcı və
cavanlaşdırıcı maskaların tərkibinə daxildir. Cavanlaşdırıcı maska: 1
çay qaşığı küncüt yağı, 1 çay qaşığı ərik yağı, 1/2 limonun şirəsi, 1/2
banan. Banan blenderdə əzilir və digər komponentlərlə qarışdırılır.
Maskanı təmiz üz dərisinə çəkin, 15-20 dəqiqən sonra ilıq su ilə yuyun.
Saçları daha canlı, parlaq və sağlam etmək üçün saçların köklərinə
bir qədər qızdırılmış küncüt yağı sürtün və 30 dəqiqədən sonra
saçlarınızı yuyun.
Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq bəzi xəstəliklər və
pozulmalar zamanı küncüt yağının qəbulu tövsiyə edilmir. Belə ki, küncüt
yağı qanın laxtalanmasını artırır və bu səbəbdən varikoz xəstəliyi,
tromboflebit və s. damar xəstəlikləri və bu xəstəliklərə meyillik zamanı
küncüt yağının qəbulu tövsiyə edilmir. Bu yağ həm də allergik
reaksiyalara səbəb ola bilər.
Beləliklə, müalicə məqsədi ilə küncüt yağından istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.Müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi və profilaktikası
məqsədi ilə gün ərzində 1-2 xörək qaşığı təbii küncüt yağı qəbul etmək
lazımdır. Küncut yağı tərəvəz salatlarına əlavə etmək və ya içmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!