Evlənmək istəməyən kişilərin bəhanələri

Evlənmək istəməyən kişilərin bəhanələri
Kişi dünyası
10.09.2017 28
1-ci Azadlıqlarını itirəcəklərini düşünürlər

Evlilikdən söz düşəndə bir kişinin ağlına gələn ilk şey azadlığını itirməsi və bağlanmaq qorxusudur. Müstəqillik kişilər üçün çox əhəmiyyətlidir. Əgər evlilikdə subay həyatındakı vərdişlərindən azad olmağın qaçılmaz olduğunu anlasa, kişi evlənmək istəməyə bilər.



2-ci Həyat tərzini dəyişmək istəmir

Evlilik yolunda iki nömrəli düşməniniz həyat tərzidir. Geyim tərzi, vərdişləri və hətta ev rejiminin belə dəyişəcəyini düşündükdə evlənməyə müsbət baxmayacaq.



3-cü Ananızı sevməyə bilər

Səhv eşitmədiniz! Kişilərin çoxu qayınananı sevməz. "Anam dedi ki, anam belə dedi" kimi cümlələr kişiləri evlilik həyatından uzaqlaşdırır.



4-cü Məsuliyyətdən qorxurlar

Yalnız özündən məsuliyyətli olmaq bir kişi üçün imtina edilməz bir duyğudur. İstədiyi zaman son qəpiyinə qədər xərcləyib, istədiyi zaman evdə 5 qəpiksiz oturmaq tamamilə onun seçimi olduğu üçün daha cazibədar gəlir. Evləndikdən sonra götürdüyü öhdəliklər görə azadlığını itirəcəyi onları qorxudur.



5-ci Tərəfdaşından əmin olmamaq

Bir kişinin evlənməkdən qorxmasının əsas səbəblərindən biri tərəfdaşından əmin olmamaq duyğusudur. "Həyatımı onunla keçirmək istəyirəm?” sualına heç cür cavab tapa bilmirsə, evlənmək təklifini eşitməyə bilərsiniz. Şübhəli və skeptik ruha sahib olan kişilər səhv etməkdən çəkinirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!