Kişilərdə keçəlliyin dərmanı tapıldı

Kişilərdə keçəlliyin dərmanı tapıldı
Kişi dünyası
10.09.2017 9
ABŞ Pensilvaniya Universitetinin bir qrup alimi kişilərdə saçtökülmə və keçəlləşmənin səbəbinin müəyyən edilməsində ciddi nailiyyət əldə olunub. Universitet laboratoriyalarında aparılmış tədqiqat nəticəsində saç tökülmənin qarşısını almaq və hətta saçların bərpa edilməsi yolları araşdırılıb. Keçəlləşməyə məruz qalan kişilər və laboratoriya siçanları üzərində aparılmış tədqiqatlar nəticəsində ABŞ alimləri saç tökülməyə səbəb olan proteini aşkar ediblər. Elmi araşdırmanın nəticələri keçəlliyi müalicə edən kremin yaradılmasına gətirə bilər. Alimlər aşkar ediblər ki, "prostaglandin D synthase" adlı protein baş dərisinin keçəlləşən sahələrinə aid zonalarda saç follekullarının hüceyrələrində toplaşır, lakin tüklü sahələrdə toplaşmır.



Həmin proteinin səviyyəsi yüksək olan laborator siçanların tamamilə keçəl olub, saç transpantasiyası əməliyyatından keçmiş kişilərdə isə saç böyüməsi dayanıb. Tədqiqatlara rəhbərlik edən Pensilvaniya Universitetinin dermatologiya fakültəsindən professor George Cotsarelis, deyir ki, prostaglandin proteinin saçın tökülməsinə səsbəb olduğu faktı sübut edilib.

Növbəti addım isə bu proteinə təsir edən maddələri aşkar etmək və proteinin bloklanmasının keçəlliyin qarşısını ala bilməsi və hətta itirilmiş saç örtüyünün bərpa edilməsinin mümkünlüyünün yoxlanmasından ibarət olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!