Ataların müxtəlif tipləri

Ataların müxtəlif tipləri
Kişi dünyası
10.09.2017 2
İdeal ata

Belə ata həmişə həyat yoldaşının və uşaqlarının əhvalını hiss edir, hər şeyi öz yerinə qoymağı xoşlayır, ən xoş hisslərini onlarla bölüşür. O, xeyirxah və diqqətli, ciddi və ədalətlidir, ailədə həmişə anaya dayaqdır.

Ailədəki uşaqlar ata və ananın birgə əməkdaşlığının əyani nümunəsinə şahid olurlar. Valideynlərin birgə fəaliyyəti ailə üzvlərini bir-birinə çox yaxınlaşdırır, uşaqlar isə özlərini bu komandanın bir hissəi kimi hiss edir, xeyirxah, həssas, duyğusal böyürlər. Valideynlərinin ailə təcrübəsi uşaqların gələcək həyatlarında öz təsirini göstərir:həyatda hansısa çətinliklə üzləşəndə, onlar ilk növbədə möhkəm və mehriban ailəyə arxalanırlar.



Gəlib-gedən ata

Belə ataları 2 qrupa bölməkolar. Birinci qrup zəhmətkeş və bizneslə məşğul olan atalardır. Onlar ağır və əziyyətli işlə məşğul olur, günün çoxunu işdə, axşamları isə televizor qarısında keçirir, istirahət günləri bağa və ya balıq tutmağa gedir, mümkün qədə arvad-uşaqdan uzaq gəzir.

İkinci qrup atalar çoxlu pul qazanır və belə hesab edirlər ki, bununla da onların ailədəki rolu bitir. Onlar adətən uşaq yatandan sonra evə gəlib çıxır, istirahət günləri televizor qarşısında əyləşir, yaxınlarını bütün məişət problemlərindən çəkirlər.

Həmin ailələrlə uşaqlar daha çox anaya bağlı olur. Bağçada arxasınca ataları gələn uşaqlarla hədsiz dərəcədə paxıllıq edirlər. Bu sıxıntı gizlicə uşaqların ürəklərinə girir və ömür boyu onlarla qalır. Belə ailədə uşağın gələcəyi ananın davranışlarından çox aslıdır. Əgər ana uşağın qəlbində ata nüfuzunu qoruyub saxlasa onda uşağı ən pis halda digər ailədəki uşaqlar kimi böyüyəcək. Ən yaxşı halda isə uşaq ideallaşdırılmış atanı təqlid edərək liderlik mövqesinə can atacaq. Əgər ata ailəni atıb gedirsə, onda oğlan uşağı hədsiz dərəcədə sarsılmış vəziyyətdə böyüyə bilər. Ailədəki qız uşaqları isə böyüyəndə sevgi məsələlərində çox böyük çətinliklərlə üzləşir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!