Qadınlar kişilərdən nə istəyir?

Qadınlar kişilərdən nə istəyir?
Kişi dünyası
10.09.2017 34
Əslində qadınlar münasibətləri boyunca qarşı tətəfdən çox sadə şeylər gözləyirlər: əsas olaraq, hörmət, əyləncə, sevgi. Amma bunlar da qədərində olmalıdır.Bu dəfəki məqalədə sizə qadınların kişilərdə görmək istədikləri əsas cəhətlər haqqında məlumat verəcəyik.



Hörmət

Bir qadının kişidən gözlədiyi ən əsas davranış forması qarşı tərəfin ona olan hörmətidir. Qarşınızdakı qadına onun sizin üçün nə qədər dəyərli olduğunu hiss etdirmək istəyirsinizsə, ən xırda nüanslarda onun fikrinə əhəmiyyət verdiyinizi hiss etdirin. Ən əsası isə heç bir zaman dostlarınızın və qohumlarınızın yanında onun qüruruna toxunacaq hərəkətlər etməyin, ifadələr işlətməyin.



Sürprizlər

Qadının kişidə görmək istədiyi digər bir xüsusiyyət də onun sürprizsevər olmasıdır. Qadınlar onları heç düşünmədikləri vaxtda sevindirməyi bacaran kişiləri sevir, amma qadını sevindirmək üçün süprizlər üzərində uzun müddət düşünməyinizə ehtiyac yoxdur. Bu ən xırda bir hərəkət: heç gözlənilməyən bir vaxtda alınan bir dəstə çiçək də ola bilər.



Ona vaxt ayırın

Qadınlar münasibət boyunca öz xoşbəxtliklərindən daha çox qarşı tərəfin xoşbəxtliyi üçün çalışırlar. Sizin onunla xoşbəxt olduğunuzu hiss etdirməyiniz qadının özünü xoşbəxt hiss etməsi üçün kifayətdir. Əvəzində isə siz də qarşınızdakı xanıma vaxt ayırmağı bacarmalısınız.



Tək günahkar o deyil

Bəzən əsəbiləşdiyimiz zaman yolunda getməyən işlərə görə günahı qarşı tərəfdə axtarırıq. Bu zaman isə bəzən əsəblərimizə hakim olmağı bacarmayıb sonradan peşman olacağımız ifadələr işlədirik. Yadda saxlayın ki, qadınlar sizin kobud davranışlarınızı heç vaxt unutmurlar. Hətta sonradan hər şey qaydasına düşsə belə. Buna görə də yaxşı olar ki, bütün günahları qarşı tərəfdə axtarmazdan öncə öz səhvləriniz haqqında düşünəsiniz.



Romantika

Şübhəsiz ki, romantika münasibətdə qadının gözlədiyi ən önəmli şeydir. Gözəl dənizkənarı gəzinti, bir dəstə qızılgül, onun üçün mahnı oxumaq, hər dəfə onun üçün yeni ideyalar fikirləşmək. Bu sahədə nə qədər yaradıcı olsanız, onun gözündə də bir o qədər yüksəkdə olarsınız.



Mənim gələcəyim, yoxsa bizim gələcəyimiz?

Hər bir qadın sevdiyi kişi ilə uzun həyat yaşamağı planlaşdırır. Sizi bir qadına sevdirəcək digər bir cəhət də gələcək haqqında danışarkən ikinizi birlikdə xəyal etməyinizdir. "Bizim evimiz, bizim ailəmiz, bizim gələcəyimiz” bir qadını ən çox xoşbəxt edən ifadələrdir.



Əyləncə

Qarşınızdakı qadın sizə nə qədər ciddi, işgüzar görünsə də, unutmayın ki bütün qadınlar əyləncəli kişiləri sevir. Bütün gün ancaq iş haqqında fikirləşən, gününü ev-iş sxemi ətrafında quran kişi heç bir qadına maraqlı deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!