Kişilərin nifrət etdiyi 7 qadın növü

Kişilərin nifrət etdiyi 7 qadın növü
Kişi dünyası
10.09.2017 16
Kişilər nə qədər "hər çiçəkdən bal alan arılar" kimi görünsə də birlikdə olacaqları qadınları seçərkən çox diqqətli olurlar.

Əlaqənin ilk dövrlərində heç kim özü kimi davranmadığı üçün zaman
keçdikcə qadının içindən çıxan digər xüsusiyyətləriylə qarşılaşan
kişilər arxalarına baxmadan qaçırlar. İndi oxuyacaqlarınız içində sizə
aid bir xüsusiyyət varsa oturun və düşünün. Bəlkə dəyişdirməniz gərəkən
bir yönünüz olduğunu qəbul edər və sevdiyinizi itirməzsiz.

Çəkişkən qadınlar: Çəkişkən qadınlar mürəkkəb şəxsiyyətlərdir. Davamlı
dava salmaq, özünü göstərmək, yekəxanalıq etmək, maraq görmək, diqqəti
cəlb etmək istəyərlər. Bu cür qadınların həyatında uzun müddətli bir
əlaqənin olması çox çətindir. Qəzəb və aqressivlik nöqtəsinə sürətlə
gələ bilən bu qadınlardan kişilər uzaq dururlar. Bu tip qadınlar
kişilərin hirslənməsinə səbəb olarlar.

Anac qadınlar: Kişilər hər nə qədər analarını sevsələr də onlar kimi
davranan qadınlara tab gətirə bilməzlər. Ona nə vaxt nə edəcəyini
söyləyən, anaları kimi hərtərəfli onlara sahib çıxan qadınlar kişilərin
uzaq olmaq istədiyi qadınlardır.



Maraqlı qadınlar: Bəzi qadınlar CIA, KQB-dən daha araşdırmaçıdırlar. Bu
sorğu-sual və gizlicə araşdırma aparmaq vəziyyəti kişiləri uzaqlaşdırır.
Bank hesab xülasəsindən, telefon fakturası xülasəsinə qədər hər şeyi
axtarırlar. Hər şeyi bilmək istəyirlər. Bu əməliyyatları aparmaq hər nə
qədər bəzən işə yarasa da, kişilər bunun fərqinə vardıqları anda
əsəbləri yerindən oynayar və özünə güvənməyən bir qadınla birlikdə olmaq
istəməzlər. Çünki bilirlər ki, açıqlanması mümkün olmayan ya da səhv
anlaşılan bir vəziyyətdə qadın dözülməz bir nöqtəyə gələcəkdir.



İdealpərəst qadınlar: Kişiyə sahib olmaq istəyən qadındır. Davamlı
tənqid edərlər, kişini şəxsi malları kimi görərlər. Bu vəziyyət kişinin
beynində "görəsən?" sualını yaradır. Kişi: "Madam məndən məmnun deyil, o
vaxt daha yaxşısını axtaracaq" deyə düşünməyə başlayacaq və əlaqəni siz
onu tərk etmədən bitirəcək.



Möhtac qadınlar: Kişisinə bir ahtapot (səkkizayaqlı dəniz ilbizi) kimi
sarılmış, yük olan qadınlardır. Bu tip qadınlar emosional olaraq hər şey
üçün kişisindən asılıdır. Öz varlığından belə kişinin məsuliyyətli
olmasını istəyər. Kişisi olmadan nəfəs ala bilməyəcəyini, öləcəyini
söyləyər və bəlli edərlər. Bu vəziyyət kişini qorxudur.



Asılı qadınlar: Bu ​​tərz qadınların dünyası yalnız sevgilisinin
ətrafında dönər. Qız dostları ilə görüşməzlər, öz başlarına heç bir şey
etməzlər. Öz həyatları yerinə yoldaşlarının həyatını yaşayarlar. Bu
vəziyyətdə kişilər bu cür qadınlara hörmət hissi duymamağa başlayarlar.



Özünü inkişaf etdirməyən qadın: Kişilər mədəniyyətsiz və özünü inkişaf
etdirməyin qapılarını bağlamış qadını istəməzlər. Özlərini hər mühitdə
idarə edə biləcək, gülərüz, bilikli ya da heç olmasa bir fikri olan
qadınları üstün tuturlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!