Kişilər bu sözü eşidən kimi qadınların qarşısında əriyir

Kişilər bu sözü eşidən kimi qadınların qarşısında əriyir
Kişi dünyası
10.09.2017 39
Qarşı cinsdən eşidilən gözəl sözlər insanların xoşbəxtlik qaynağı olur.
Eyni ilə qadınların olduğu kimi kişilərin də qadınların quracağı bəzi
cümlələrə qarşı zəif cəhətləri var. Kişilərin 75 faizi bu sözlərə dözə
bilmirlər. Xüsusən də xoşlandıqları qadınlar söyləyirsə, həyatda o
kişilərdən xoşbəxtləri olmur…




İnana bilmirəm, sən nə imişsən? – Bu cümlə kişilərin özlərini daha özəl
və güclü hiss etməsini təmin etdiyi üçün xoşlarına gəlir. Ürəklərində
gizlədikləri gizli cövhərin kiminsə tərəfindən kəşf edilmiş olduğuna
işarədir. Bir kişiyə gözəl cümlələr dedikdən sonra sizin üçün
bacarmadıqları iş yoxdur.

Mənə özümü özəl hiss etdirirsən
– Bu cümləni dediyinizdə kişi həmin
dəqiqə Romoeya çevriləcək. Cümlənin səmimi deyilməsi daxili aləmini
sevindirir. Sevgi həkimi kimi sizə yaxınlaşacaq və qeydinizə qalacaq. Bu
cümlədən sonra aranızdakı əlaqə heç olmadığı qədər qüvvətli olacaq.

Ən çox (gözlərinə, gülüşünə, gücünə) heyranam
– Bir kişiyə yaraşıqlı
olduğunu demək onu sevindirə bilər. Amma sevdiyiniz yerini xüsusi tərif
edərək bəyəndiyinizi demək ona başqa cür təsir edəcək. Özünü başqa
kişilərdən daha üstün olduğunu hiss etdirib eqosunu qaldıracaq.

Səninlə birlikdə olmaqdan zövq alıram – Onunla birlikdə olmaqdan zövq
almağınız onu sevindirəcək. Bir kişiyə sıxıcı olduğunu hiss etdirsəniz,
sizinlə bir daha görüşmək istəməyəcək. Ona görə də itirmək istəmədiyiniz
kişiyə heç vaxt "of çox sıxıldım” kimi cümlələr sərf etməyin.

Bu rəng sənə çox yaraşır – Bu cümləni eşidəndə qızlar da əriyir… Onların
əhvalını qaldırmaq üçün gözəl göründüyünü deyin. Bu sözlər onu həm
sevindirəcək, həm də zövqlü olduğunu bildirəcək.

Sayəndə gözəl gün keçirdim – Bu cümlə kişiyə qəhrəman və şahzədə
olduğunu hiss etdirəcək. Cümləni istifadə etsəniz, sevgiliniz gələn
görüşə daha yaxşı hazırlanıb gələcək.

İşində də çox bacarıqlısan – Bu cümlə kişinin təkcə yaraşıqlı olduğunu
deyil, ağıllı olduğunun da göstəricisidir. Gördükləri işləri tərifləmək
hər bir kişini cəzb edir.

Mükəmməl ailən var, dostların da superdir – Ailəsi və sosial çevrəsinin
bir qız tərəfindən bəyənilməsi xoşuna gəlir. Çünki kişinin yanındakı
qadının ailəsi və dostları ilə sağlam münasibət qurması çox vacibdir.

Sən olmasan, mən nə edərdim – Bu söz özünü super qəhrəman kimi hiss
etməsini təmin edəcək. Bunu demək üçün qeyri-adi bir şey etməsini
gözləməyin. Adi köməyi də bunun üçün yetərlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!