Kişilər qadınların hansı hərəkətlərindən sonra soyuyur?

Kişilər qadınların hansı hərəkətlərindən sonra soyuyur?
Kişi dünyası
10.09.2017 50
Bitmiş sevginin ardından çoxları özünü günahkar hesab edir və "mən
harada səhv etdim?” sualı ilə başını yorur. Bu sualla başı yormamaq üçün
əvvəlcə kişiləri qadınlardan soyudan səbəbləri bilmək lazımdır.



Yaxınlıq üçün tələsməyin. Təzə tanış olmusunuzsa, bir-birinizi tanımaq
üçün fürsət verin. Kişilərin qadınları tapmaca kimi kəşf etməyi
sevdiyini unutmayın.



Bir çox məsələlərdə qadınların bacarıqlı və hiyləgər olduğunu bilirik.
Ancaq kişilər bunu başa düşən zaman qadınlara nifrət edir. Çünki özünü
aldadılmış hiss edəcək.



Kişilərin danışmaqdan çox xoşu gəlmir. Buna görə də kişiləri hər detal
haqqında məlumat verərək boğmayın. Sizin həyatınızda baş verən hər şeyin
onu maraqlandırmadığını unutmayın.



Kişilər həyatlarının kontrol altında olduğu hissindən nifrət edir. Buna
görə də davamlı olaraq mesajla, ya da başqa yolla əlaqədə olma arzusunu
bir kənara qoyun. Azadlığı sevdiyi üçün onu əlindən almağa çalışmayın.
Dostları ilə vaxt keçirib əylənməyə icazə verin.



Futbola baxıb istədiklərini etməyə mane olmayın.



Bəzi mövzularda heç özümüzü dəyişmək mümkün deyil. Buna görə kişiləri
dəyişdirməyə çalışmayın. Bu onları boğur. Kim bilir bəlkə də dəyişdirmək
istədiyiniz xüsusiyyətlər sizin ona aşiq olmağınızı təmin etmişdi.



Şəxsi əşyalarının qarışdırlması və davamlı olaraq şübhəli sözlər kişilərin qadınlardan soyumasına səbəb ola bilər.



Heç kimin, hətta sevdiyiniz kişinin uğrunda olsa belə, dəyişməyə
çalışmayın. Çünki siz bunu fədakarlıq kimi gördüyünüz halda, onun sizə
olan hörməti azala bilər. Öz həyatınız, öz dostlarınız və öz
seçimləriniz olmalıdır. Bütün bunları etdikdən sonra kişilərin sizə olan
diqqətinə inanmayacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!