Kişilər belə qadınlardan imtina edə bilmir

Kişilər belə qadınlardan imtina edə bilmir
Kişi dünyası
10.09.2017 12
Bir kişini özünə necə sevdirmək olar? Kişi özünə sevdirməyin müxtəlif yolları var.



Ağıl: Görünüşdən sonra gələn ən vacib ünsür qadının ağıllı olmasıdır.
Kişilər fikirlərini sərbəst, açıq və konkret şəkildə ifadə edən
qadınları çox bəyənir. Kişilərin əksəriyyəti özləri kimi düşünən
qadınları sevir. Hansısa müzakirələrdə öz fikirlərinizi müdafiə etməyi,
hətta bunu onlara da qəbul etdirməyi bacarmalısınız. Çünki müasir dövrdə
kişilərin çoxu özündən əmin olan qadın axtarır.



Səmimi gülüş: Kişilər eyditiyi zarafatlara qarşı tərəfin gülməyini
istəyir. Bu şəkildə onun sizi daha yaxından tanımasına şərait yarada
bilərsiniz. Həmçinin onunla da zarafat etməlisiniz. Çünki kişilər onları
güldürə bilən və əhvalını qaldıra bilən qadınları özünə daha yaxın hiss
edir.



Özünəinamlı qadın: Öz düşüncələrinizi heç nəyə baxmayaraq, müdafiə
etməyi etməlisiniz. Bu zaman kişilər sizə daha çox heyran olacaq.



Dəstəkləmək: Kişilər hər zaman onları dəstəkləyən, ehtiyacı olduqda
yanında olan və yardımını əsirgəməyən qadınları yüksək qiymətləndirir.
Çünki onlar nə qədər güclü olsalar da, qadın təsəllisinə ehtiyac
duyurlar. Həmiçinin arzu və məqsədlərini dəstəklədiyinizi bildirin. Kişi
sizin onun arzularının əleyhinə olmadığınızı bilməlidir.



Anlayışlı qadın: Mükəmməl kişi yoxdur. Odur ki, onun bütün səhvlərini
başına vurmaq lazım deyil. Kişilər rahat və sakit həyatı sevir. Bütün
günü deyinib onu yanınızdan qaçırtmaq istəmirsinizsə, anlayışlı olun.



Səbrli olmaq: Səbrli olmaq da anlayışlı olmaq kimi bir şeydir. Yeni
tanış olmusunuzsa, ciddi münasibətlərə keçmək üçün səbrsizlik
göstərməyin. Onun səhvlərinə qarşı səbrli davranın. Siz onsuzda
birlikdəsiniz, buna görə də gələcəyi tələsdirmək lazım deyil. Səbrsizlik
üzündən deyilən sözlər həm sizi, həm də onu yaralaya bilər.



Ehtiras: Ehtiraslı və şəhvətli görünməyən qadınlar kişiləri cəlb etmir.
Seksdə ilk addımın kişi tərəfindən atılmasını gözləməyin. Ona sürprizlər
edin və sürprizlərə qarşı hazır olun. Heç kəsin olmadığı vaxtda onu
yatağa aparın və onu arzuladığınızı hiss etdirin.



Dürüstlük: Kişilər güvənə və inana bildikləri qadını hər zaman daha
yüksək qiymətləndirir. Dediklərinizlə hərəkətləriniz bir-birinə uyğun
olmalıdır. Yalanı sevmədiyinizi ona hiss etdirin. Bu zaman kişinin sizə
olan hörməti və sayğısı daha da artacaq.



Açıq fikirli olun: Müasir düşüncəli olduğunuzu hiss etdirin. Hər bir
şeyi normal qarşıladığınızı, sevmədiyiniz halları isə əsaslnadırarq ona
izah etməlisiniz. Əks cinsin nümayəndəsi sizin geridə qalmış biri
olduğunuzu düşünməməlidir.



Baxımlı olun: Əlbəttə ki, kişilər baxımlı və gözəl qadına vurulacaq. Bu
çox normal haldır çünki kişilər gözləri ilə sevir. Kişilər idmanla
məşğul olan, normal qidalanan, saçına, dırnaqlarına fikir verən
qadınları bəyənir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!