Ərə getmək üçün balaca boylu kişiləri seçin

Ərə getmək üçün balaca boylu kişiləri seçin
Kişi dünyası
10.09.2017 22
Amerikalı alimlər qadınlara tövsiyə edirlər ki, ərə getmək üçün balaca
boylu kişiləri seçsinlər. Bunu deməyə əllərində əsasları da var.



Bəstəboy kişilərin ucaboylularla müqayisədə bəzi üstün cəhətləri var. Bu
kişilər ailə ittifaqına daha da sadiqdirlər. Ucaboylar isə,
digərlərindən daha tez ailə qururlar. Alimlərin sözlərinə görə, bəstəboy
kişilər bu çatışmazlığı kompensasiya etmək üçün daha çox qazanırlar.



Ucaboy kişilər öz üstünlüklərindən istifadə edərək daha çox təminatlı
qadınların diqqətini cəlb etməyə çalışırlar. Bəstəboy kişilərin isə
təhsilləri adətən ucaboylardan yaxşı olur. Bu da boy fərqinin
kompensasiyasıdır.



Bəstəboy kişilərin intim həyatları da aktivdir. Alimlər yaş, boy, çəki,
sağlamlığa əsaslanaraq cinsi aktivliyi müqayisə edərək görüblər ki,
bəstəboy kişilər qadınların daha çox diqqətini cəlb edirlər.



Digər araşdırma göstərib ki, bəstəboy (boyları təxminən 157 sm və daha
az olan) kişilər digərlərindən daha çox yaşayırlar. Havay
Universitetinin aliməri deyirlər ki, bəstəboy kişilərdə FOXO3 geni
mövcuddur. Bu genin sayəsində bədən ölçüləri kiçilir, ancaq ömür uzanır.
Bəstəboy kişilərdə xərçəng xəstəliyinə yoluxmaq ehtimalı az olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!