Əgər kişilər sevərsə...

Əgər kişilər sevərsə...
Kişi dünyası
10.09.2017 21
Bir çox qadın və kişinin yaxşı gedən əlaqəsini çətinə salan mövzular
arasında, sevildiyindən əmin olmamaq var və xüsusilə gözləri ümumiyyətlə
çöldə olduğu düşünülən kişilərə bu mövzuda qadınların etibarı bir az
azdır. Bu şübhə bəzən gerçək bir sevgisizliyin nəticəsində də ola bilir.
Ancaq ümumiyyətlə hal-hazırda sizi sevən bir kişinin boş şübhələrlə
sizdən soyumasına səbəb olduğu üçün bir o qədər də zərərlidir. Əgər
sevgilinizin ya da yoldaşınızın sizi sevib sevmədiyi ilə
maraqlanırsınızsa və bunu ona hiss etdirmədən, beləliklə əlaqənizi
pozmadan gerçəkləri təxmin edə biləcəyinizə inanırsınızsa, sizin üçün
kişilərin sevdiklərində nələr etdiklərini və necə davrandıqlarını bir az
izah etməyə çalışacağıq.



Kişilərin fiziki mövzulara qadınlardan daha çox əhəmiyyət verdikləri bir
gerçəkdir. Əslində hər iki cinsdəki fərdlər həm daxili, həm də xarici
gözəlliyə qiymət verirlər. Lakin kişilər bunu müəyyən etməyə daha
meyillidirlər. Sevgilisindən xoşlanan kişinin bunu əlaqə müddətində
tərəfindən tez-tez dilə gətirməsini gözləmək olar. Əlaqəniz hələ rəsmi
olaraq başlamamışkən gözəlliyinizə dair iltifatlar gəlirdisə, lakin bir
müddət sonra bunlar ortadan qalxdıysa sizə qarşı olan marağını itirmiş
də ola bilər. Ancaq bu tək başına təyin edici deyil və digər şərtlərə də
baxmaq lazımdır.



Həyat yoldaşı və ya sevgili vəziyyətindəki kişilərin qadınlardan
aldıqları ən böyük şikayətlər arasında onları dinləməmək gəlməkdədir.
Əslində kişilər sevdikləri və aşiq olduqları qadınları dinləməyə olduqca
həvəslidirlər. Əgər sizin də kişi yoldaşınız ağzınızdan çıxacaq
olanları həvəslə gözləyirsə və izah etdiklərinizi maraqla dinləyirsə,
onun sizi sevdiyindən əmin ola bilərsiniz. Ancaq davamlı olaraq onun
xoşuna gəlməyən və ya boş olaraq gördüyü mövzularda danışsanız bu
mövzuda zamanla marağını itirə bilər. Bu səbəbdən kişi yoldaşınızın
marağını da cəzb ede biləcək "dişə dəyər" mövzulardan söhbətlər
reallaşdırmağa diqqət yetirməlisiniz.



Xırda qüsurlara və ya dağınıqlığa, aşiq olan kişilərin çox da fikri
vermədiyi də müəyənləşdirilmişdir. Yəni o gün makyaj etməyi unutsanız,
ya da yataqdan yeni çıxmış olsanız belə sevdiyiniz sizi bəyənirsə, o
halınızla də bəyənəcəkdir. Təbii ki, necə olsa sizi bəyəndiyini
düşünərək baxımınızı axsatmamalısınız və ona dəyər verdiyiniz üçün
qarşısına gözəl çıxmağa çalışdığınızı göstərməlisiniz.



Kişilər sevdikləri qadınlar üçün həyatlarının ciddi bir qismini ayırmağa
da könüllüdürlər. Həftə sonu planları, axşam yeməkləri, birlikdə edilən
alış-veriş kimi onlarla fərqli bəhanəylə sizi görmək istəyərlər və bu
onun sizinlə vaxt keçirməkdən zövq aldığını göstərməkdədir. Bu səbəbdən
sizə vaxtını və enerjisini sərf etməyə könüllü olan bir kişinin sizi
sevdiyinə inana bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!