İstədiyiniz kişini əldə etmənin yolları

İstədiyiniz kişini əldə etmənin yolları
Kişi dünyası
10.09.2017 15
Bədən dilinizi istifadə edərək və özünüzü doğru ifadə edərək, bəyəndiyiniz kişinin diqqətini çox asanlıqla çəkə bilərsiniz...



Həyəcanlı bir macəramı axtarırsınız? Yoxsa istədiyiniz ciddi bir
əlaqəmi? İstədiyiniz necə bir əlaqə olursa olsun bir həqiqət var. Əvvəl o
kişini əldə etməlisiniz. Əks cinsin nümayəndəsi ilə sözlü ünsiyyətə
keçməzdən əvvəl bədən dilimizlə ünsiyyətə keçirik. Hərəkətlərinizin
bədən dilində nə mənanı verdiyini bilsəniz, qarşınızdakı adama çatmanız,
özünüzü ifadə etməniz daha çox asan ola bilər.



Göz təması qurun

İlk baxış çox əhəmiyyətlidir. Qarşınızdakı adamın gözlərinə fokuslanın
və bir neçə ürək atışı boyunca gözlərinizi çəkməyin. Çiyinlərinizi
dikləşdirin, sinənizi ön plana çıxarın. Başınızı xoşlandığınız adama
doğru yüngülcə çevirin.

Fərqinə varmadan qarşınızdakı adam boynunu sizə doğru çevirər,
çiyinlərini dikləşdirər və başını yüngülcə önə əysə doğru yoldasınız
deməkdir.



Yüngülcə gülümsəyin

Gözlərinizi yüngülcə qısaraq onu başdan aşağı süzün. Əgər xarici
görünüşü xoşunuza gəlirsə təkrar göz təması qurun və mütləq gülümsəyin.
Amma gözlərinizi tamamilə üzərinə fokuslamayın, daha romantik və ciddi
bir ifadəylə baxın. Baxışlarınızı arada qaçırın, sonra yenə göz gözə
gəlin. Elmi araşdırmalara görə çox uzun baxışlar narahat edici təsir
yaradır. Qaş düzəldim deyərkən göz çıxarmayın.



Qarşınızdakı adam bir neçə saniyə içində daha dik dayanmağa,
baxışlarınıza və gülümsəmənizə cavab verməyə başlayırsa, onu
ovuclarınızın içinə almağa başladınız deməkdir.



Aranızda məsafə saxlayın

Yoldaşlarınızla birlikdə olduğunuz bir mühitdə, biriylə yaxınlaşmağa
çalışacaqsınızsa, yoldaşlarınızla aranıza bir az məsafə qoyun. Yoldaş
qrupu içərisində dəlicə əylənən, gurultulu qəhqəhələr atan qadınlar
kişiləri qorxudur. Tək başınıza tualetə ya da nəsə almağa gedin . Beləcə
baş-başa danışmaq şansı ola bilər.



İlk addımı atın

Kişilər başlanğıcda bizim düşündüyümüz qədər detallı və dərin analiz
etmir. Psixoloqlar ilk addımda, kişinin tamamilə qadının özünə olan
marağına fokuslandığını söyləyir. Şişirdilmiş bir girişə ehtiyac yoxdur,
istiləşmə dövrlərini tamamladıqdan sonra bütün şirinliyinizlə bir
"salam” demənizdən daha gözəl və doğru bir başlanğıc ola bilməz.



Səs tonunuza diqqət edin

Daha cazibədar bir səs tonu üçün asta-asta danışın. Bir neçə saniyə
gözlərinizi qaçırmadan qarşınızdakı kişinin gözlərinin içinə baxın.
Cəsarət vermək üçün gülümsəyin. Aranızdakı buzları

qırdıqdan sonra hər şeyi axışına buraxın. Hər nə qədər sizə o təslim
oldusa da, sizi tovlayan oymuş kimi davranın, özünü zəfər qazanmış hiss
etməsinə icazə verin.



Fiziki yaxınlıq qurun

Maraq duyduğunuz adama fiziki olaraq da yaxınlıq təmin etməyə çalışın.
Təbii ki, şişirtməmək şərtiylə. Yanına 50 santimetrdən daha çox
yaxınlaşmanıza icazə verirsə qazandınız deməkdir!

Çünki beləcə bir insanın özünü xoşlanmadığı insanlardan qorumaq üçün hördüyü divarı keçmiş olursunuz.



Görüş gününü təyin edin

Qarşınızdakı kişidən çox xoşlandınızmı? O zaman bu, yenidən görüşmək
istədiyiniz mənasını verər. Dərhal bir görüş nizamlamalısınız. Əgər
sizin ortaya qoyduğunuz görüşmə fürsətinin üstünə getmədisə, sizinlə
eyni fikirdə olmadığı nəticəsini çıxara bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!