Kişi niyə evlənmək istəyir?

Kişi niyə evlənmək istəyir?
Kişi dünyası
10.09.2017 26
Evlilik kişinin təklif etməsi ilə başlanan münasibət olduğu üçün
əksər hallarda evliliyin ömrünün, davamlılığının ancaq kişilərdən asılı
olduğu düşünülür. Araşdırmalara görə, elə evlilikdə problem yaradan ən
böyük səbəblərdən biri də budur. Əziz xanımlar, ailənizdə bu kimi
problemlərin yaranmaması üçün indi sizə kişilərin evlilik haqqındakı
fikirləri barədə məlumat verəcəyik.

"Evlilik kişinin həyatını rahatlaşdıran bir hadisədir”. Əgər siz də bu
fikirdəsinizsə, tamamilə haqlısınız. Kişilərin evlənməsinin
səbəblərindən biri də standart, hamı kimi həyat tərzi keçirmək
istəkləridir.

Kişilər üçün ciddi münasibətə başlamaq, bu münasibəti davam etdirmək o
qədər də asan deyil. Buna görə də onlar evliliyi bitirmək üçün səbəb,
bəhanə axtarmazlar. Elə buna görə də kişilər etdiyiniz hər xırda
hərəkəti gözlərində böyütmürlər.

Evlilik qərarı aldığı gündən kişi üzərinə düşən məsuliyyəti tam dərk
edir. İndi yalnız öz istəyinə görə deyil, həm də ailəsinə görə
çalışmalı, işləməli olduğunu bilir. Və əmin ola bilərsiniz ki, onlar
madiyyat haqqında sizdən daha çox düşünürlər. Çünki hər bir kişi üçün
onun qüruruna ən çox təsir edən hadisə həyat yoldaşının, uşaqlarının
ehtiyacı olduğunu halda onlara istədiklərini ala bilməməsidir.

Evlilikdən sonra kişinin bu kimi məsələlərə diqqəti artdığı üçün artıq
sevgili olduğunuz zamanlardakı kimi tez-tez xırda sürprizlərlə qarşınıza
çıxmır. Çünki o hadisələrin ciddiyətinin fərqindədir, amma bu o demək
deyil ki, həyat yoldaşınız sizi əvvəlki kimi sevmir, onun həyatında
başqa biri var.

Kişiləri evlilik zamanı narahat edən səbəblərdən biri də həyat
yoldaşlarının onların bu əziyyətini qiymətləndirməməsi, heç bir səbəb
olmadığı halda xəyanətdən şübhələnməsidir. Unutmayın, əziz xanımlar,
əgər qarşınızdakı kişinin sizə xəyanət etdiyini fikirləşirsinizsə, bu
şübhələriniz təsdiqini tapmamış onları həyat yoldaşınızla bölüşməyin. Bu
kişidə sizin ona inanmadığınız, etibar etmədiyiniz təsəvvürünü
yaradacaq.

Bu qədər, əziz qadınlar. Unutmayın ki, ailəni ailə edən əsas qüvvə
qadındır. Buna görə siz ailədə üzərinizə düşən məsuliyyəti dərk etməli
və ailənizin daha uzunömrlü olması üçün hər şeyi kişidən gözləmək
əvəzinə ona dəstək olmalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!