Kişilərin qadınlar haqqında 7 uydurması

Kişilərin qadınlar haqqında 7 uydurması
Kişi dünyası
10.09.2017 12
Uydurmaları kəşf edən təkcə xanımlar deyil. Lazım gələndə kişilər də
uydurmağı bacarır. Xüsusilə qadınlar haqqında. Özü də elə bacarırlar ki,
dil-dil ötən qadınlar belə, onların cavabını verməkdə çətinlik
çəkirlər. Maraqlıdır ki, kişilərin bu haqda mövzusu nədən ibarət olur?



Novruz bayramı ərəfəsində kişilərin yersiz uydurmaları haqqında yazını təqdim edir.



1. Kişilər həmişə elə düşünürlər ki, qadınlar zərif yox, zəif cinsin
nümayəndələridir. Bu heç də belə deyil. Tarixdə elə qadınlar olub ki,
böyük bir ordunu diz çökdürüblər. Hələ bəzi ailələrdəki qadın
hökmranlığını nəzərə almırıq. Bu faktdır.



2. Kişilər elə fikirləşirlər ki, qadın məntiqi çox gülünc və heç bir
təsirə malik deyil. Yanlış fikirdir. Elə qadınlar olub ki, öz məntiqləri
ilə ən böyük savaşları dayandırıblar. Həmçinin elə qadınlar da olub ki,
siyasətçi bəylərə məntiqi təsirləri ilə yeni müharibə ocaqları
yaratmağa nail olublar.



3. Kişilərin fikrinə görə, bütün qadınlar qeybəti sevirlər. Amma gəlin
unutmayaq ki, elə kişilər də var ki, min qadının etdiyi qeybətin
öhdəsindən təklikdə gələ bilərlər.



4. Kişilərin qənaətinə görə, qadınlar ərlərindən çox qazana bilməzlər.
Bəs onda qadın hesabına yaşayan saysız hesabsız kişiləri harda gizlədək?
Bu dünyada nə çox alfonslar...



5. Kişilərin məntiqinə görə, qadınlar uşaqların tərbiyəsi ilə daha yaxşı
məşğul ola bilirlər. Bu əslində məntiq yox, kişilərin hiyləsidir. Çünki
xanımlar heç olmasa bazar günləri öz şəxsi işlərinə bir-iki saat vaxt
sərf etmək istəyəndə kişilər uşaqlarına baxmaqdan imtina etmək üçün bunu
uydurublar.



6. Kişilər həmişə deyirlər ki, qadınlar daha səliqəli və təmizkardırlar.
Bu da kişilərin növbəti uydurmasıdır. İş görməmək, tənbəlliklərini
büruzə verməmək üçün kişilər həmişə bu arqumentdən ustalıqla istifadə
edirlər.



7. Kişilərin qadın haqqında uydurmalarından biri də xanımların bədxərc
olmaları ilə bağlıdır. Bunu əsasən qazancını ailəsinə xərcləməkdə
"əziyyət” çəkən kişilər uydururlar. Əslində xanımların qənaətcilliyi
kişilərdən qat-qat çoxdur.



Yuxarıda sadalananlar kişilərin qadınlar haqqında əsassız
uydurmalarıdır. Bəlkə də kişilər düz deyirlər... Yox, bu gün xanımların
bayramıdır. Heç olmasa bayram günü kişi kimi etiraf etməyi bacarmalıyıq.
Bayramınız mübarək, əziz Azərbaycan xanımları...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!