Neçə tip kişi var?

Neçə tip kişi var?
Kişi dünyası
10.09.2017 27
Rusiyada bu yaxınlarda maraqlı bir araşdırma aparılıb. Belə ki, güclü cinsin nümayəndələrinin tipləri  müəyyənləşdirilib. Məlum olub ki, ailə həyatına uyğun ancaq iki kişi tipi yararlıdır. Rusiyada yaşayan 4 tip kişilərdən, cəmi iki tipi ailə həyatına uyğundur. Lakin, mənsubiyyətləri və sıraları az olduğundan, onlara bir tapıntı kimi çox nadir hallarda rast gəlinir.



Statistikaya görə, orta təbəqədə olan adaxlılardan evlənmək istəyən kişilər 30 yaş həddindədirlər. Övlad sahibi olmaq fikrinə isə daha gec 40 yaşında düşürlər. Onlar hesab edirlər ki, uşağın doğulması, vaxtından əvvəl olan yersiz qərardır və əmindirlər ki, əvvəlcə tam olaraq ayaqları üstündə bərk durmalıdırlar. Belə kişilər öz vaxtlarının və vəsaitlərinin çoxunu zahiri görünüşlərinə sərf edirlər.



Ən çox saylı olanlar, əsl kişi, centelmen olanlardır. Belə adaxlılar Avropada, təxminən 34 faizdir. Rusiyada 36 faiz. Onlar hər bir işə canla-başla yanaşır və özlərini hər yerə çatdıra bilirlər. Belə kişilər üçün, ailə və iş yeri eyni əhəmiyyət kəsb edir. Dostlarla, hobbilərlə həyatları zəngindir. Özlərinə isə demək olar vaxt ayıra bilmirlər, daha doğrusu vaxt qalmır.



Eqossentriklər – saylarına görə ikinci yerdədilər. Rusiyada 25 faiz, Niderlandda 43, Almaniyada isə 48 faiz kişilər bu kateqoriyaya aiddir. Ailə həyatına meylli olmayan kişilərdən söhbət gedirsə tam yerinə düşmüş olar. Belə kişilər çox nadir şöhrətpərəstdirlər və özlərinə diqqəti cəlb etmək üçün əllərindən gələni edirlər. Onlar üçün ön planda həmişə yaxşı aylığı olan və stabil iş yeri durur, mükəmməl fiziki forma istisna olmamaq şərtilə…



Məsuliyyətli və iltizamlılar üçüncü kateqoriyaya aid olanlardır. Onlar Rusiyada 22 faiz, Avropada təxminən 26 faiz təşkil edirlər. Bu mənsubiyyətli kişilər ideal ailə başçılarıdır. Dostlar, hobbi, əyləncə bu insanlarda arxa plandadır. Onlar asudə vaxtlarını öz evlərində, ailəsi ilə birlikdə keçirirlər.



Ən maraqlı və heyrətləndirən bir fakt da var. Çox qeyri-adi "0 məsuliyyət” hisslərinə malik olan kişilər. Belələri ambisiyalardan uzaq, məsuliyyətsiz, bugünkü günlə yaşayan və özlərini, necə deyərlər, hər hansı çətinliklə yükləməyənlərdir. Ələlxüsus da, qadınların qarşısında. Onların həyatları əyləncədən və passiv istirahətdən ibarətdir və ailə həyatını olduqca gec qururlar. Rusiyada təqribən 16 faiz kişilər belə kateqoriyadandırlar.



Rusiya Elmlər Akademiyasının aparıcı elmi xadimi, etnologiya və antropologiya institutunun professoru İqor Kon əmindir ki, zəmanəmizin tələbləri zərif cinsin nümayəndələrini biznesə, istehsalata və siyasətə yönəldir. Nəticədə, qadınlar özlərində kişilərə məxsus xüsusiyyətləri cəmləşdirmək iqtidarındadırlar və təəssüflər olsun ki, bəzi kişilər isə öz mənsubiyyətlərini itirərək qadınların əhəmiyyət kəsb edən cizgilərinə meyl edirlər. Bu da, sözsüz ki, öz növbəsində dünya miqyaslı qlobal bir problemə çevrilə bilər! Ancaq, professorun fikrincə, belə tendensiyanın heç bir zəruriyyəti yoxdur. Təki belə olsun. Yaşayarıq, görərik…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!