Kişilər xanımlarında başqa, qızlarında isə tamam başqa xüsusiyyətlər istəyir!

Kişilər xanımlarında başqa, qızlarında isə tamam başqa xüsusiyyətlər istəyir!
Kişi dünyası
10.09.2017 12
Qadınlar.biz kişilərlə aparılan bir anket sorğusunun nəticələrini sizə təqdim edir.



Aparılan bir anket sorğusuna görə kişilər həyat yoldaşlarından başqa, qızlarından tamam başqa xüsusiyyətlər istəyirlər!



Anket sorğusunda 18 yaşdan yuxarı 818 kişi iştirak edib. Anketin mövzusu həyat yoldaşlarında və qızlarında görmək istədikləri 2-3 xüsusiyyətin anketdə qeyd olunması olub.



Anketin nəticələrinə görə ağıl, zəka kişilərin həm xanımlarında, həm də qızlarında görmək istədikləri xüsusiyyətlərin birincisidir. Lakin ən maraqlısı budur ki, kişilər qızlarının güclü və azad olmasını istədikləri halda, xanımları üçün bu xüsusiyyətlərin arzuolunmaz olduğunu qeyd ediblər. Əksinə, kişilər xanımları üçün cazibədarlıq və şirinliyin (şirindilliyin) daha önəmli olduğunu bildiriblər.



Ortaya çıxan nəticələrə görə kişilərin 66 %-i qızlarının öz ayaqları üzərində dura bilməsini istərkən, sadəcə 34%-i güclü bir həyat yoldaşına dəyər verdiyini ifadə edib. Daha dəhşətlisi, kişilərin 30%-i xanımının iş həyatının olmasını özləri üçün güvən, inam qırıcı bir xüsusiyyət olaraq görmüşdür.



Bu anketdən çıxan son nəticəyə əsasən, kişilər ağıllı, müstəqil, güclü qadınlar yetişdirmək istəyir, ancaq bu yetişdirdikləri xüsusiyyətləri daşıyan qadınları həyat yoldaşı olaraq çox da seçmək istəmirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!