Boşanmaq istəyən kişinin davranışları

Boşanmaq istəyən kişinin davranışları
Kişi dünyası
10.09.2017 6
Həyat yoldaşınızın sizdən soyuduğundan şübhələnirsiniz, lakin inanmaq istəmirsiniz? Elə isə həmsöhbətimiz olun. Bu yazımızda boşanmaq istəyən kişi davranışlarını hərəkətlərindən necə bilmək olar sualına cavab tapmağa çalışacağıq.



Bir-birindən ayrı qala bilməyən bir cütlük olan siz, aranızdakı cazibəni zamanla itirdinizsə və həyat yoldaşınız artıq nəinki sizlə birlikdə olmaq, toxunmaq belə istəmirsə, əlaqənizdə təhlükə siqnalları çalınır deməkdir, yoldaşınızın ağlından boşanma düşüncələri keçir deməkdir.



Bir zamanlar yaşadığı hər hadisəni, detalları ilə sizə izah edən kişi gedər, yerinə susqun, heç danışmaq istəməyən, soruşduğunuz sualları qısa və "net" cavablar verən bir kişi gəlir.



Ayrılmaq istəyən kişinin bir əlaməti də, sizin hər halınızdan məmnun kişinin yerinə, demək olar ki, hər şeydən şikayət edən, görünüşünüzdən yeməklərinizə qədər hər şeyə tənqidlə yanaşan kişi modeli gələr..



Hörmətlin, səviyyəli müzakirələrin bitib, səsin yüksəldiyi, qarşılıqlı təhqirlərin olduğu, çəkilməz dava-dalaşlar başlayar. Çünki sizin hər etdiyiniz, hətta varlığınız belə artıq kişini narahat edir.



İnternetdə vaxt keçirər, küçədə, kafelərdə vaxt öldürər, idman salonundan çıxmaz, iş yerindən gec gələr, bir sözlə, sizi görməmək üçün hara varsa orada olmağa çalışar.



Fikirli, düşüncəli və unutqandır. Çünki tez-tez beynində ayrılmağın müzakirəsini edib, olub keçənləri götür-qoy edər, planlar qurar..



Dərvişin fikri nədirsə, zikri də odur. Ayrılmaq sözünü əsla ağzına almayan kişi, hər problemdə, "istəyirsənsə boşanaq, bu həyat belə getməz, bizim ulduzumuz barışmadı, kaş ki tanımasaydıq bir-birimizi" kimi sözlər işlətməyə başlayar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!