Kişiləri sizcə nə ağlada bilər?

Kişiləri sizcə nə ağlada bilər?
Kişi dünyası
10.09.2017 15
Sivilizasiya inkişaf etdikcə insan stereotipləri də dəyişir. Məşhur mahnıda «Kişilər ağlamır» deyilir. Qədim Yunanıstanda kişinin göz yaşını göstərməsində eyib heç nə yox idi. Ötən əsrin ortalarında psixoloqlar əmin edirdilər ki, göz yaşları stress və psixosomatik xəstəliklərlə mübarizə aparmağa kömək edir. Sonralar araşdırmalar nəzəriyyəni təsdiqlədi. Bir neçə on illər cəmiyyət güclü və qəhrəman kişi - emosiyasız terminatora pərəstiş edir. Amma kişilər anadan olandan ağlayırlar. Körpələrin göz yaşları gözü infeksiyadan qoruyur. Göz yaşı sosial siqnal kimi ətrafdakıların diqqətini və dəstəyini cəlb etməyə yönəlir. Hətta yanınızda heç kim olmasa belə göz yaşlarınız Allaha müraciət olunmalıdır.



Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır! Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta səbəb olur. Ağlayanda isə bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir. Ona görə də ağlamaq istəyəndə ağlayın. Bu sizi sakitləşdirəcək. Kişilərin dilindən bir sirri açaq - kişilər sevdiyi qadının kədərinə göz yuma bilmirlər. Onlar qadınlara nisbətən 30% daha çox təsirlənə və kədərlənə bilirlər. Gizlin bir yerə çəkilib ağlamağı üstün tutan kişilər "kişilər ağlamaz” yalanının qurbanıdırlar. Psixoloqların fikrincə, oğlan uşaqlarının kiçik yaşlarından belə böyüdülməsi çox yanlışdır. Bu tərzdə tərbiyə alan uşaqlar gələcəkdə sevgilərini və hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzən öz duyğularını ifadə edə bilmədiklərindən kişilərin qadınların köməyinə ehtiyacları olur. Onun kədərli olduğunu görəndə, hər hansı probleminin olub-olmamasını soruşun. Sizin onunla maraqlandığınızı görüb dərdini bölüşməyə istəkli olacaq. Sizin etibarınızı qazanandan sonra isə duyğularını rahatlıqla anlatmağa başlayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!