Bir damın altında

Bir damın altında
Kişi dünyası
10.09.2017 25
Siz  xeyli  vaxtdır  görüşürsünüz və sizə elə gəlir ki,  bir-birinizin vərdişini, xüsusiyətini bilirsiniz. Sevdiyin insanın yaşayış tərzi səni tam qane edir və sən onun maraqlarını bölüşürsən. Bir sözlə, siz bir-birinizə tam uyğunsunuz. Bir gün ailə həyatı qurmağa qərar verirsiniz və gözlənilmədən çətinliklər başlayır.



Böyüklərin marağı

Artıq sənin öz evin var. Əvvəl sən öz valideynlərinlə yaşayırdın, amma orada sənin  istəklərin məhdud idi. İndi isə sənin üçün yeni yol açılıb. Pulun az olsa belə, öz fantaziyanı işə sala bilərsən və sənə heç kim mane olmayacaq. Nəhayət ki, sən özünü  əsl qadın hiss edirsən və onun  həyatında  ən  əsas  evi  və  ailəsidir.

Amma bir gün sən hiss edirsən ki,  həyat yoldaşınla aranızda soyuqluq var və siz bir-birinizdən uzaqlaşırsız.



Evli olan subay

Həyat yoldaşınız işdən evə gəlməyə tələsmir, internetə girir. Ən pisi isə o sizə qarşı diqqətsizlik edir. Bir sözlə, o keçmiş subay həyatını yaşayır və öz vərdişindən əl çəkmir. Amma sən həyat yoldaşı roluna girmisən. Artıq başa düşürsən ki, sevdiyin insan  səninlə söhbətdən qaçır, sizin maraqlarınız üst-üstə düşmür və  maraqlarınız elə uzaqdı ki, sanki siz başqa dünyanın insanlarısınız. Əvvəl sizi bir–birinizə bağlayan hər bir şey yoxa çıxıb. Sevdiyiniz insanla danışmaq sizə maraqsız gəlir, dava etməyə başlayırsınız.

Axı necə ola bilər, bir neçə gün əvvəl sizə elə gəlirdi ki, onun kimi doğma biri həyatınızda ola bilməz, gününüz həmişə şən və maraqlı keçəcək.



Ağlabatan kompromis

Ola bilər ki, sən böyük həyata başlamısan, amma sevdiyin insan səndən geridə qalıb? Bu suala cavab tapmaq çətindir. Məlumdur ki, kişilər psixoloji olaraq qadınlardan sonra böyüyür. Onlar böyük dəyişikliyi  xoşlamır, sən ehtiyatla  sevdiyin insanı yeni həyata yaxınlaşdırmalısan.



Qoy o zövq alsın

Sevdiyin insanın üstünə çox getmı, amma geri də çəkilmə. Həyatda elə kişi yoxdur ki, qadının əziyyətlərini görməməzlikdən gəlsin. Güzəştə get, gec-tez o, pitsa yeməkdən bezəcəkvə sizi dəyərləndirəcək.

Unutmayın, bağışlamağı bacarın.  Səbrli  olun və onun necə dəyişdiyini görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!