Subaylıq sultanlıq deyilmiş

Subaylıq sultanlıq deyilmiş
Kişi dünyası
10.09.2017 11
Sən demə subaylıq heç də sultanlıq deyilmiş. Aparılan araşdırmalar nəticəsində evliliyin ürəyə yaxşı gəldiyi müəyyən olunub.

Liv Xəstəxanasının Kardiologiya sahəsi üzrə mütəxəssisi həkim dos. Alp Burak Çatakoğlu evliliyin faydalarını izah edib. Onun sözlərindən aydın olur ki, evlilik həm qadında, həm də kişilərdə infarkt riskini azaldır.

‘Europa Journal of Preventive Cardiology’ də nəşr olunan yeni araşdırma nəticəsində evli olan şəxslərin ürək böhranı və ölüm ehtimalının müəyyən nisbətdə azaldığı ortaya çıxıb.

Finlandiyada edilən başqa bir araşdırmaya görə hər iki cinsiyyətdə və bütün yaş qruplarında, evli olanlarda ürək böhranı və ölüm ehtimalının diqqətə çarpan dərəcədə azaldığı qeyd edilir. Xüsusilə orta yaşlı evli və birlikdə yaşayan cütlərdə sonrakı müddət çox daha müsbət sonluqla müşahidə olunur.

Araşdırmada 1993 ilə 2002-ci illər arasında ürək böhranı keçirmiş 15.300 xəstə tədqiq olunub. Bu xəstələrdən 7.700 -ü ilk 28 gün içində həyatını itirdiyi bildirilir. Subay olan kişilərdə ürək böhranının inkişaf ehtimalı evli olanlara görə 58-66 % daha yüksək olduğu müəyyən olunub. Qadınlarda da bu nisbət 60-65 % daha yüksək olduğu bildirilir. Ürək böhranına bağlı ölüm hallarının səviyyəsi isə subay olanlarda çox daha yüksək olduğu müşahidə olunub. Subay (tənha və ya boşanmış) kişilərdə ürəyə bağlı ölüm nisbəti evli kişilərə görə 60-68 % daha yüksək müəyyən olunarkən subay qadınlarda bu nisbət 71 % daha çox olduğu qeyd olunur. Sağlam bir ürək üçün əvvəl ürəyi sevgi və eşqlə dolduracaq bir yoldaş tapmağın əhəmiyyətli olduğu bildirilir. Ailə qurmaq və ya sevgi hisslərindən uzaq olan kəslər sonra ciddi problemlərlə üz-üzə qala bilərlər.

Bu məlumatlarda evliliyin digər müsbət səbəbləri və tərəfləri də qeyd olunub. Bu səbəblər aşağıdakı kimi göstərilir:

– Tək yaşayan insanın yemək vərdişləri və həyat nizamı sağlam olmaz. Bundan başqa günün gətirdiyi çətinlikləri də paylaşacağı bir həyat yoldaşı olmaması səbəbiylə həyatın yükünü tək başına daşımaq məcburiyyətində qalar;

– Birlikdə yaşayan cütlər bir-birlərinə diqqət göstərirlərsə, həm yemək vərdişləri daha sağlam olar, həm də bir xəstəlik ilə qarşı-qarşıya qaldıqlarında özləri bu problemi tez bir zamanda həll edərlər;

– Sağlam bir ürək üçün xoşbəxt və sevgi dolu bir evlilik artıq reseptlərə yazıla bilər;

– Subay insanların sosial-iqtisadi səviyyəsi daha aşağı ola bilər;

– Ailə qurmaq insanların iqtisadi səviyyəsini daha yaxşı, daha sağlam edir, ictimai dairələrdən dəstək almaq ehtimalları daha yüksək olduğu bildirilir;

– Ailə qurmaq insanların həm xəstəxana, həm də evə çıxdıqdan sonrakı müddətlərində baxım və müalicələri üçün önəmli hesab olunur. Subay və ya tək yaşayanların sağlamlıqları qeyri-kafi ola bilər. Gündəlik dərman təqibi, xolesterol salıcı və ya təzyiq dərmanların nizamlı olaraq istifadəsi və qəbulunda müəyyən problemlər ola bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!