Kişilərin istəyib də söyləyə bilmədiyi 9 şey

Kişilərin istəyib də söyləyə bilmədiyi 9 şey
Kişi dünyası
10.09.2017 33
Hər kişinin bir əlaqədən gözlədiyi lakin qarşı tərəfə açıqca söyləyə bilmədiyi şeylər var.



1- Hörmət görmək

Kişilər, həyatlarındakı qadınlardan ən çox  hörmət görməyi gözləyir. Ətrafınızdakı kişilərə soruşub doğruluğunu təsdiq edə bilərsiniz. Kişilər sevgililərinə "Mənə hörmət göstərməyini gözləyirəm" deyə açıq söyləməzlər, amma bu ən çox gözlədikləri şeydir. Fikirlərinə əhəmiyyət verilməsi, bir şey etmədən əvvəl onlara  məsləhət edilməsi  onları xoşbəxt edər.



2- Təqdir edilmək

Təqdir edilmək, bir kişi üçün hörmət görmək qədər əhəmiyyətlidir. Kişilər təqdir edilməyə tam mənasıyla tapınar, amma könüldən edilməsi şərtiylə. Çünki kişilər səmimi bir təqdirlə, komplimenti çox yaxşı ayırd edər. Yenə də, onlarla nə qədər qürur duyduğunuzu və təqdir etdiyinizi nə qədər eşitsələr o qədər xoşbəxt olarlar.



3- Yoldaşlıq

Romantik bir əlaqənin ən əhəmiyyətli parçası yoldaşlıqdır. Kişilər dəyər verdikləri qadının yoldaşlığına çox əhəmiyyət verər.



4- Gözəllik

Gözəllik kraliçası olmanıza ehtiyac yoxdur, amma kişilər birlikdə olduqları qadınların gözəl görünmələrinə əhəmiyyət verər. Bu onlar üçün qürur qaynağıdır desək yeri var. Bir azca makiyaj, saçınıza göstərəcəyiniz diqqət sizi  onun gözündə  gözəllik kraliçası edə bilər. Yetər ki, baxımlı olun...



5- Gülərüz

Hamımız birlikdə olduğumuz adamın canayaxın və gülərüzlü olmasını istəmirikmi? Kişilərin də istədiyi çox fərqli deyil. Əlbəttə hər vaxt gülmək mümkün deyil, amma isti baxan  bir cüt göz kişiləri fəth etməyə yetər. Unutmayın, kişilər üzlərinə gülümsəyən hər qızı, onlara aşiq sanır...



6- Cəsarətləndirmə

İstisnasız hər kişi, cəsarətləndirilməyi sevər və istər. Doğru olduğunu düşündüyünüz, amma bitərəf davrandığı hər şeydə onu  ürəkləndirin. Tək ehtiyacı olan bu...



7- Minnətdarlıq

Kişilər onlara  minnətdarlıq edilməsini sevər, bəli amma burada qızıl nisbəti tutmaq çox əhəmiyyətlidir. Ona minnətdar olduğunuzu içdən bir təşəkkür ilə də göstərə bilərsiniz ki, zatən bu da onun üçün kifayətdir. Sizi gözəl bir yeməyə apardığında və  ya  sırf siz narahat olmayın deyə kondisioneri bağlatdırdığında, ona  minnətdarlığınızı  hiss etdirsəniz, onun ürəyini oğurlaya bilərsiniz.



8- Azadlıq

Hər kişi az və  ya çox azadlığına düşkündür. Bu onların tək olmaq istədikləri mənasını vermir. Lakin arada bəzi şeyləri tək başına etməkdən xoşlanarlar. Bu kimi vəziyyətlərdə özünü günahkar hiss etməsinə səbəb olmayıb, onu anlamağa çalışın.



9- Dəstək

Eynilə bizlər kimi kişilər də dəstək görməyə ehtiyac duyar. Kiçicik bir oyun və ya  iş mövzusunda  sizin tərəfinizdən dəstəklənildiyini görmək onun üçün təsvirəgəlməz bir duyğudur. Ona müvəffəqiyyətli kişinin arxasındakı qadın olmaqdan xoşbəxt olduğunuzu  hiss etdirin. Onun üçün əhəmiyyətli olan şeyin sizin üçün də əhəmiyyətli olduğunu nümayiş etdirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!