Kişilər üçün ideal qadın obrazı eynidir

Kişilər üçün ideal qadın obrazı eynidir
Kişi dünyası
10.09.2017 46
Amerikanın "Queens” Universitetində 4000 qadın və kişi arasında aparılan bir araşdırma bu iki cins arasındakı daha bir fərqli cəhəti ortaya çıxarıb. Sorğu iştirakçılarına qadın və kişi şəkilləri paylanılıb və onlardan görünüş baxımından ideal hesab etdikləri qarşı cinsin şəklini seçmələri tələb olunub. Bu araşdırmanın nəticələrinə nəzər saldıqda məlum olub ki, demək olar ki, əksər kişilər təxminən eyni görünüşlü xanımları daha gözəl hesab edirlər. Kişilərin çox hissəsi ya eyni qadını, ya da ona bənzər üz və bədən quruluşuna sahib qadını daha gözəl hesab ediblər. Mütəxəssislər buradan belə qənaətə gəliblər ki, çox kişilər üçün gözəllik anlayışı eynidir. Kişilərin xəyallarında canlandırdıqları ideal qadın obrazı bir-birinə yaxın olur.

Qadınlar arasında keçirilən eyni təcrübə isə birincinin nəticələrindən xeyli fərqlənib. Eyni üsulla qadınlara da müxtəli görünüşlü kişi şəkilləri paylanılıb və ən yaraşıqlı hesab etdikləri qarşı tərəfin şəklini seçmələri istənilib. Bu zaman qadınların seçimləri bir-birindən kəskin surətdə fərqlənib. Bir qadının çirkin hesab etdiyi kişi digər bir qadın üçün ideal tərəf müqabili kimi qiymətləndiribскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!