Kişilərdə qısqanclıq

Kişilərdə qısqanclıq
Kişi dünyası
10.09.2017 2
Əgər yoldaşınız sizə qarşı qısqancdırsa, buna qəti təəccüblənməyin. Bu halda bəzi xanımlarda bir sual yaranır:" Bu hiss onda haradan yarandı?" Sizi qınamaq olmaz. Vaxtilə, bədii əsərlərdən oxuduğunuz, yaddaşınıza həkk olunanlar var. Bunlardan biri məşhur Otellodur. Dahi drammaturqun qısqanc obrazını xatırlayaq: "Mənim məhəbbətimə qadının gözəlliyi deyil, namusu layiq ola bilər". Şeksprin ürəyindən bu sözlər keçirsə, onu qısqancsızlıqda tərifləməyə haqqımız çatmır. Necə ki, Otello sevgilisinə bağışladığı dəsmalı başqa birisində görür və bütün damarlarını zəhərləyən bir hissi boğmağa gücü çatmır. Gücü Dezdemonanı - təbiətin bu incə və sədaqətli məxluqunu boğmağa çatır. Baxın, budur-qısqanclıq!



Otello haqlı idimi? Bu sualı az eşitməmisiniz. Dezdemonanın faciəli taleyindən sonra doğan bu sualın cavabı çoxlarını düşündürür. Otello gərək təmkinli olaydı, hər şeyi ölçüb biçəydi. Dezdemona da haqsızdır - ehtiyatı əldən verməyəydi, dəsmalın kimin əlinə keçə biləcəyini əvvəlcədən düşünməliydi...



Qısqanclıq kişilərdə ailə qurandan sonra daha da kəskinləşə bilər. Bu elə bir sağalmaz, psixoloji hissdir ki, onun mualicəsi qeyri-mümkündür. Hələ heç bir təbib onun dərmanını icad etməyib. Xüsusən bu hiss şərq kişilərində anadangəlmədir və həyat durduqca davam edib, nəsillərə ötürülür. Qərb və qeyri-bölgə ölkələrində kişilərdə qısqanclıq olmur. Əksinə, eləsi vardır ki, hətta fəxr edir - onun qadını kiminsə xoşuna gəlir.



Müsəlman kişi üçün qısqanclıq qeyri-adi hissdir. Bunu qadın duymalıdır. Qadında ərini "kəşf etmə" bacarığı olmalıdır. Qadının buna fəhmi çatmırsa, ailədə daimi küskünlük mümkündür. Bunun üçün o, küçədə digər kişilərə incə nəzərlərlə baxmamalıdır.



Qısqanclıq - tərbiyədən, mədəni səviyyədən çox asılıdır. Xanımının hansısa kollektivdə işləməsi bəzən kişinin yersiz qısqanclığına səbəb olur. Bu zaman kişi xanımını ya işdən azad olunmasına səbəb olur, ya ayrılırlar. Bu hiss kişilərdə o zaman baş verir ki, artıq qarşısında ideal qadın var. Məşhur filosof Kant deyir ki: "Qadın həmişə qısqanar, kişi isə yalnız vurulanda qısqanar". Qadın qısqanclığının tədqiqatçısı Marqarit Mid, Kantın dedikləri ilə öz fikirini birləşdirərək qeyd edir ki: "Kişi qısqanclığı üzündən sevdiyi qadını itirirsə, həyat dostunu, cəmiyyətdəki mövqeyini itirir. Amma qadın qısqanclıq üzündən sevdiyi kişini itirirsə, özünü, dünyasını itirir. Bu əsl faciədir". Deməli, qadın qısqanclığına sərhəq qoymalı, ziyanlı qısqanclığa yol verməməlidir.



Qısqanclıq - sevgi, istək və məhəbbət olan yerdə olur. Etiraf edək ki, təmiz sevgisi olanlarda qısqanclıq olmalıdır. Amma Otellosayağı qısqanclıq yox!



Yersiz qısqanclığı Allah heç kimə göstərməsin. Xoşbəxt ailələr bunun qurbanına çevrilib, dağılıblar. Əgər xoşbəxt ailənin təməl daşı - ruhun, qəlbin və bədənin birləşməsindən qurulubsa, bunu dağıtmağa heç bir kişinin haqqı yoxdur.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!