Şorgöz kişini tanımağın yolları

Şorgöz kişini tanımağın yolları
Kişi dünyası
10.09.2017 31
Hansı kişinin sizə ciddi yanaşdığını, hansının sizinlə sadəcə bir neçə gün danışmaq, vaxt keçirmək niyyətində olduğunu bilmək istəməzsiniz?



Eşqbazlıq edən kişilərin demək olar ki, hamısı eyni xüsusiyyətlərə malikdir.



Eşqbazlıq edən kişilər xarizmatik olurlar. Onlar sanki heç nə ilə maraqlanmır, heç kimə əhəmiyyət vermirmiş kimi davranırlar.



Amma bir qızı və ya qadını əldə etmək istədikdə yavaş-yavaş ünsiyyət qurmağa başlayırlar. Bu tip kişilər qarşı tərəfdən müsbət reaksiya ala bilmədikdə vaxt sərf etmədən yenidən axtarışa çıxırlar. Ova çıxan pələnglər kimi pəncələrinə keçirəcək yeni qurban axtarışı onlar üçün əsl macəra, əsl həyəcan deməkdir. Odur ki, isti münasibət göstərməyən qadının nazı ilə oynamağı sevmirlər. Amma elə bilməyin ki, bu tip kişiylə münasibətiniz uğurlu alınacaq. Yox, siz onunla yaxınlıq qursanız, bu zaman onun üçün maraqsız olacaqsınız. Bir-iki gün sonra nömrəsinə zəng çatmayacaq. Ən yaxşı halda xəyanətə uğrayacaqsınız.



Eşqbazlıq edən kişilər hər gördüyü qızla maraqlanmaz. Hər qıza yaxınlaşmağa çalışan kişilər heç bir qızı əldə edə bilməyən tiplərdir. Onlardan heç kimə zərər gəlməz. Çünki onsuz da görən kimi anlayırsınız ki, bu adamda bir qadını cəlb edəcək heç nə yoxdur.



Əsl şorgöz kişilər isə bir sənətkar kimi qadını yoldan çıxartmaq üçün ssenarilər yazmağı bacarırlar. Onlar danışıq tərzləri, seçdikləri sözlər və danışdıqları hekayələrlə qadınların könlünü ovsunlayırlar. Belə kişilər çox vaxt tərk edildiklərini, xəyanətə uğradıqlarını, sevdiyi qadına qovuşa bilmədiklərini deyərək özlərini yazıq, məsum, sevgiyə möhtac biri kimi göstərirlər. Əsla inanmayın!



Bu tip kişilər bilgiləri, hər mövzuda məlumatlı olmaqları ilə qadınların ağlını başından alırlar. Ancaq özlərini heç vaxt tərifləmirlər. Bu tip davranışların qadınları qıcıqlandırdığını bilirlər.



Onu da deyək ki, şorgöz kişilər özlərini tərifləməsələr belə hərəkətləri, davranışları ilə özündən əmin olduğunu, özünə inamını sarsacaq heç nə yaşamadığını göstərərlər.



Əvvəl qarşısındakı qadın haqqında məlumatlar əldə edib, sonra hərəkətə keçərlər. Yəni nəbzə görə şərbət verməyi bacaralar. Qarşısındakı qadına necə təsir edəcəklərini əla bilirlər. Odur ki, diqqətli olun və eşqbazlıq edən kişilərin oyunlarına aldanmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!