Kişilər ən çox bu bəhanələrdən istifadə edir

Kişilər ən çox bu bəhanələrdən istifadə edir
Kişi dünyası
10.09.2017 11
Bəzən qadınlar kişilərin bəhanələrini səhv anlayır. Bəzən isə əksinə kişilər doğruları dediyi halda ittiham olunurlar. Kişilərin sizə dediyi bəzi bəhanələr sual doğura bilər: bu doğrudur yoxsa bəhanə? Hətta sizə dedikləri həqiqətlərə də inanmayıb yalandır, deyə bilərsiniz. Amma bu şəraiti onlar özləri yaradır, unutmayın.



Əgər kişilərin yalan və ya gərçək dediklərini bilmək istəyirsinizsə, o zaman aşağıdakıları  oxuyun.



Baxın kişilərin qadınlara ən çox dediyi bəhanələr nələrdir?



"Mən ciddi münasibətə hələ hazır deyiləm”



Hər şeyin normal getdiyi bir vaxtda əgər sizə "mən ciddi münasibətə hazır deyiləm” deyilirsə, demək kişinin münasibəti ciddi deyil. Bu cümlənin başa düşülən halı "Mən seks istiyirəm səni deyil” deməkdir.



Bir kişi sizə bunu deyirsə, ya sizdən xoşu gəlməyib, ya da mədəni surətdə sizi rədd etməyə çalışır və ya özünə seks partnyoru axtarır.



"Çox işim var, məşğulam”



Qarşınızdakı kişi sizə "Çox işim var, məşğulam” kimi sözlər deyirsə, deməli o sizinlə artıq əvvəlki kimi maraqlanmır.



Onunla görüşmək üçün mesaj yazdığınız vaxt bu sözü eşidirsinizsə, deməli o sizinlə artıq görüşmək istəmir və ya siz artıq onun üçün cəlbedici deyilsiniz.



"Bizim üçün özəl olan tarixi unutdum!”



Sizin üçün özəl bir günü 1dəfə unudursa, bunu qəbul etmək olar ki, fikirli olub və ya nəysə problemi olub. Amma ümumiyyətlə artıq özəl günlərdə heç ondan təbrik də görmürsünüzsə, deməli siz onun üçün artıq yoxsunuz.



"Telefonum xarab idi və ya enerjisi  qutarmışdı!”



Bu təbii haldı, hamının başına gələ bilər amma bunu hər dəfə edib sizinlə əlaqə saxlamaq, danışmaq istəmirsə, deməli bu artıq bir bahənədir.



Bunu da yaddan çıxarmayın ki, əgər bir kişi sizə axtarmaq, harda olmağınızı öyrənmək istəyirsə, telefon xarab olsa belə, bunu başqa birinin telefonu və ya başqa yollarla edəcək. Təki istəsin!



"Bəlkə biraz münasibətimizə ara verək!”



Münasibətdə "Bəlkə bir az ara verək” cümləsi deyildisə, bu artıq ayrılmaq üçün bahənədir.



Sevgiliniz "ayrılıq” kəlməsini deyə bilmirsə, onun yerinə "Bəlkə biraz münasibətimizə ara verək!” deyirsə deməli o ayrılıq istəyir. Yəni onun sizdən istədiyi şey ayrılıqdan başqa bir şey deyil.



"Bağışla, zəng etmək yadımdan çıxdı!”



Əgər sizə "Bağışla, zəng etmək yadımdan çıxdı!” deyirsə, bu o deməkdir ki, işimin gücümün arasında sənin yerin görünmürdü.



Bu söz ağızdan çıxanda sizə üzr istəmək və ya incəlik kimi gələ bilər, amma bu əslində belə deyil. Bu bir bəhanədir inanmayın.



"Əzizim, filan əşya yadımdan çıxıb!”



Kişilər cinsi əlaqədən əvvəl "Əzizim, filan əşya yadımdan çıxıb” deyirsə, qətiyyən onunla cinsi əlaqədə olmayın. Bunlar istəkdən daha çox, həzzi artıran bəhanələrdir. Bu evdə qalan əşyalar sizi cinsəl yolla keçən xəstəliklər və ya hamiləlikdən qorunmaq riskinizi artırır.



Bunu da yaddan çıxarmayın ki, bir münasibətdə çoxlu yalanlar və bahanələr varsa, bu artıq o münasibətin düzgün getmədiyi, soyuqluq olduğunu, ayrılıq istəyinin işarəsidir. Çalışın münasibətlərinizi düzgün qurasınız ki, sonradan əziyyət çəkməyəsiniz.



Ümumiyyətlə, qadın kişi münasibətləri zamanı ideal bir qayda var: əməl edin!



O da bir yerdə olduğunuz zaman danışmamağınızdır…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!