Kişilərin qadın qarderobunda bəyəndiyi 9 ən seksual geyim

Kişilərin qadın qarderobunda bəyəndiyi 9 ən seksual geyim
Kişi dünyası
10.09.2017 27
Kişilərin böyük əksəriyyəti trendlərdən anlamasa da, zərif cinsin nümayəndələri onların xoşuna gəlmək üçün geyinib-kecinirlər, ən son dəblə ayaqlaşmağa çalışırlar.



Düzdür, kişilər dəblə ayaqlaşmağı sevmirlər. Lakin gözəl geyinmiş, bəzənmiş xanım görəndə də baxışlarını ondan ayıra bilmirlər. Bəs, görəsən kişilərin diqqətini ən çox nə cür geyinən qadınlar cəlb edir.



Cins şalvar

Bu il bol kəsimli, cırıq "boyfriend” cinslər çox dəbdədir. Amma kişilər dar, bədənə yaxşı oturan cinsləri daha çox bəyənirlər. Çünki dar cinslər bədən quruluşunu gözəl göstərir, ayaqları isə vizual olaraq uzadır.



Dekolte

Dekolte dedikdə əlbəttə ki, qısa yubka, çox dərin yarıq və ya sinə dekoltesini nəzərdə tutmuruq. Çox açıq geyinən qadınlar ətarfa özü haqqında yaxşı mesaj ötürmür, bu, sizin haqqınızda yanlış təəssürat yarada bilər. Ona görə də, bu məsələdə həddi aşmamaq vacibdir. Məsələn, sadə paltarda bir dekoltenin olması bəsdir.  Bu qadını həm cəlbedici, həm də sirli göstərir.



Dikdaban ayaqqabı

Dikdaban ayaqqabının sehrli gücə malik olduğunu bilməyən yoxdur. Bu ayaqqabılar qadın yerişini bir anda dəyişir, ona seksuallıq bəxş edir. Lakin burda da diqqətli etməli olduğunuz məqamlar var. Ayaqqabı mütləq rahat olmalıdır. Çünki dikdaban ayaqqabıda yaxşı gəzə bilməyən qadınlar kişilərdə maraq deyil, ancaq qıcıq doğuracaq.



Açıq çiyinlər

Körpücük sümüyü, boyun dərisi və çiyinlər kişilərin fikrincə, qadın bədəninin ən ehtiraslı hissələrindən biridir. Bu mövsümün trendləri arasında açıq çiyinlər  siyahıda liderlik edir. Bu fürsəti əldən verməyin!



Kişi köynəyi

Kişilərə "afrodizyak”  təsir göstərən geyimlərdən biri də ağ kişi göynədir. Onu müxtəlif cür geyimək olar. Məsələn, dar cins şalvarlar, yaxud yubka karandaşla yaxşı yaraşır. Belinizin incəliyini vurğulamaq üçün nazik kəmər taxmağı da unutmayın.



Eynək

Eynək məktəb illərində çirkin qızların taxdığı aksessuar kimi xaraketrizə olunur. Amma kişilər eynək taxmış işgüzar xanımları çox bəyənirlər. Əlbəttə ki, Harri Poter eynəkləri deyil.  Kişilərin favoritləri arasında qara və böyük çərçivəli eynəklər əsas yer tutur.



Kürək dekoltesi

Kürək dekoltesi də kişilərdə həyəcan doğuran qadın bədəninin bir hissəsidir.  Kürək dekoltesindən istifadə etdikdə geyimin digər hissələri maksimum dərəcədə bağlı olmalıdır. Belə obraz daha effektli görünür.



Yarıqlar

Əgər siz uzun yubkalar geyinməyi xoşlayırsınızsa, onda sizə xoş olmayan xəbərimiz var. Belə ki, uzun donlar geyinən xanımlar kişilərin diqqətini o qədər də çəkmir. Amma kompromis variant var: yubka və paltarlarda yarıq varsa, əksinə, çox cəlbedici görünəcəksiniz.



Kolqotka

Qara rəngli şəffaf kolqotka kişiləri həmişə həyəcanlandırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!