Qadınların kişilər haqqında inandıqları

Qadınların kişilər haqqında inandıqları
Kişi dünyası
10.09.2017 15
1. Əgər ilk görüşmədə sekslə məşğul olsanız sizə hörmət etməz

İşin gerçəyi yataq otağı fəaliyyətini istər ilk istəsəniz də yüzüncü görüşmədə edin, bu kişi üçün bir şey ifadə etməz. Yəni, seksin hörmətlə heç bir əlaqəsi yoxdur. Özünüzü belə çətin bir seçim qarşısında buraxmayın. Hər insan və hər vəziyyət özünə xasdır.

"Bütün kişilər belə düşünər" inancı həyatınızı çətinləşdirməkdən başqa bir işə yaramaz. Onunla cinsi əlaqədə olmaq istədiyiniz halda sırf ağlından keçənləri doğru oxuduğunuz yanılmasıyla hərəkət etmək və özünüzü istədiyiniz bir şeydən məhrum buraxmaq sizə bədbəxtlikdən başqa bir şey gətirməz.



2. Kişilər "qaçan qovar" oyununu sevər

Kişilər xoşlandıqları bir insana, əlaqə-eşqbazlıq (adına birlikdəlik ya da flört da deyə bilərsiniz) təklif etdiklərində rədd edilmə, hətta alçaq olma riskini də gözə alarlar əslində. Çox yaxşı, istəmədiyiniz birini rədd edə bilərsiniz. Səbəb olmasın? Amma bunu bir qayda kimi düşünüb "həmişə qaçmalıyam, o yenə mənim arxamdan gələcəkdir" oyununa çevirsəniz yanılarsınız. Bəli, qaçan qovar amma çox naz da aşiq usandırar.



3. Kişilər bir qadınla yoldaş ola bilməzlər, mütləq ağıllarında seks etmə fikiri vardır

Bu həmişə bir müzakirə mövzusu olmuşdur. Əldə olunan nəticə, kişilər qadınlarla cinsi təzyiq yüksəlmədən, saf duyğularla bir yoldaşlıq qura bilməz anlayışıdır. Bunun səhv olduğunu söyləmək üçün, əlbəttə "insanlar bir-birlərini əsla cazibədar hesab etməzlər ya da edə bilməzlər" deməyəcəyik; təbii ki cinsi görünüşün meydana gəlməsi ehtimal daxilindədir.

Amma bu mövzularda ehkam kəsənlərin inandığı kimi, "Bir kişinin bir qadınla yalnız yoldaş olmasının səbəbi, qadının bu qədərinə icazə verməsidir" fikri də olduqca cılız bir dünyagörüşüdür deyə bilərik.



4. Kişilər azad qadınlardan qorxarlar

Buradakı "azad" sözcüyündəki qəsd, öz ayaqlarının üzərində dayana bilən, öz həyatının idarəsini əlində tutan, özünə etibarlı və güclü qadındır. Bəli, çox kişi həqiqətən güclü qadınlardan çəkinər. Amma çoxu da çəkinməz. Bu mövzu da bir başqa elektrikli müzakirə mövzusudur.

Amma qadınlar bunun ümumiyyətlə doğru olmadığına inanır. Çünki kişilər, xoşlandıqları qadınlarla görüşmək, danışmaq, birlikdə zaman keçirmək istəyirlər. Bütün bunların ola bilməsi üçün də öz həyatını özü idarə edən, müstəqil qadınlara ehtiyacları var.

Bunu söyləməkdə bir qorxu yoxdur hərhalda: Özünə güvənən kişilər güclü və azad qadınlardan xoşlanarlar və onların yanında özlərini daha güclü hiss edərlər. Bu vəziyyətdə "kişilər güclü qadından qorxar" misalını unudaq getsin deyərlər. Ya da "aralarında qorxan varsa olduqları yerdə qalsın, biz özünə güvənən kişilərlə yola çıxmağa niyyətliyik" deyərlər.



5. Kişilər hər an cinsi əlaqəyə hazırdırlar

Bu, cəmiyyətdəki ən məşhur mövzulardan biridir. Kişilər sərtləşmə təmin etmək üçün xəbərdar edilməyə ehtiyac duymazlar və qadınla yatağa girdikləri hər an seks etməyə hazırdırlar. Yaxşı, kişilər mexaniki bir varlıq deyildirlər ki! Onların da xəbərdar edilməyə ehtiyacları vardır. Üstəlik onların da seks etməyi istəməmə haqqları mövcuddur.

Amma bu bir gerçək ki, bu mövzunun yayılmasında yalnız qadınların deyil, özünü belə bir mövqeyə oturdan kişilərin də payı var. Kişilər də seksə hər an hazır olmaq məcburiyyətində olduqlarına inanarlar. Üstəlik bunu "gerçək kişi" olmaqla uyğun hesab edərlər. Qadınlar bu "gerçək kişilik" axmaqlığını həyatlarından çıxarmağı üstün tutarlar. "Sadəcə qadın" və "Sadəcə kişi" olmaq hər iki tərəfə yetər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!