Kostyumun geyinilməsində buraxılan 8 səhv

Kostyumun geyinilməsində buraxılan 8 səhv
Kişi dünyası
10.09.2017 18
Hətta ən ideal tikilmiş və bahalı kostyum kişinin üzərində biabırçı görsənə bilər. Bunun səbəbi nədir?





Pəncəyin yaxası

Yaxadakı istənilən səhv dərhal görsənəcək. Bu səbəbdən kostyum alarkən ən xırda detallara belə fikir verin. İdeal variant olaraq, köynək pəncəyin yaxasından maksimum 1 sm hündürlüyündə görsənə bilər.



Qolların uzunluğu

Köynəyin qolu pəncəkdən maksimum 1,5 sm çıxmalıdır. Bu qızıl qaydadır.



Pəncəyin uzunluğu

Pəncəyin uzunluğu, britaniyalıların fikrincə, baş barmağın yarısına qədər olmalıdır. İtalyanlar isə pəncəkləri daha qısa dikirlər. Həmçinin çiyinlərin çox enli olmamasına fikir verin. Şalvarda manjet də dəbli hesab edilmir.



Aşağı düymə

Pəncəyin və jeletin aşağı düyməsi həmişə açıq olmalıdır.



Şalvarın uzunluğu

Əgər şalvar düz üstünüzə oturursa və heç bir qat yaranmırsa, deməli qısadır. İnanmırsınız? Oturun və görəcəksiniz. Şalvar çox uzun da olmamalıdır. Beləki, belə şalvar sizin boyunuzu kiçildəcək.



Corablar

Corablar həmişə şalvarın rəngində olmalıdırlar.



Qalstuk

Onun ucu kəmərin qayışına dəyməlidir. Uzun və ya qısa olsa bərbad görsənəcək. Çalışın nazik tərəf görsənməsin. Unutmayın ki, qısaqolla qalstuk taxılmır.



Ayaqqabı

Ayaqqabının seçiminə diqqət yetirin. Qəhvəyi ayaqqabı qum rəngi, tünd yaşıl kostyumlara uyğundur. Əsas o dur ki, ayaqqabı və kəmərin rəngləri eyni olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!