Kişilərin qadınlarda xoşladığı 7 davranış

Kişilərin qadınlarda xoşladığı 7 davranış
Kişi dünyası
10.09.2017 38
Kişilər, qadınların bu davranışlarından çox xoşları gəlir!

Kişilər, çox dilə gətirməsələr də biz qadınların bir neçə davranışı onları xoşbəxt etməyə bəs edir. Onu həqiqətən dinləməyiniz, məhəbbətinizi göstərməyiniz və ona dəyər verdiyinizi göstərməyiniz bunlardan yalnız bəziləridir. Məhz kişilərin qadınlarda xoşladığı 7 davranış.



1. Ona sevginizi göstərməlisiniz

Bayırda hər kəsin içində onun qucağına atilmaq lazım deyil, amma gedərkən onun əlini tutmaq, marketdə kassa sırasını gözləyərkən ona sarılmaq və ya birlikdə kinoya gedərkən qoluna girmək kimi kiçik şeylər onun özünü sizə daha yaxın hiss etməsini və onunla olmaqdan fəxr etdiyinizi hiss etməsini təmin edir.



2. Yoldaşlarınızla çölə çıxdıqda ona mesaj göndərməyiniz

Bəzi qısqanc kişilər sevdiyi qızın dostlarıyla bayıra çıxmasına 'icazə' verməzlər. Xüsusilə də mühitdə başqa kişilər də olacaqsa. Bu qayğı bəzi hallarda aydın olsa da, bir kişi sevdiyi yanında, özü olmadan xaricdə olanda hər saniyə narahat olmamalıdır. Əgər siz çölə çıxarkən sizə yaxşı vaxt keçirməyinizi arzulayacaq yetkinlikdə bir sevginiz varsa, gecə arabir ona mesaj yazıb hal əhvalını soruşun. Bu onu güldürəcək və xaricdə belə onu düşündüyünüzü bilməsini təmin edəcəkdir.



3 Onu həqiqətən dinləyəsiniz

Biz qadınların da çox yaxşı bildiyi kimi, qarşıdakı insanı həqiqətən dinləmək səy tələb edən bir hadisədir. Kişilərin həyatında çox önəmli işlər olur. Bir məqsədlə bağlı işləri ola bilər və ya işlə bağlı stress yaşayar. O, onun üçün əhəmiyyətli olan bu cür şeyləri danışarkən gözlərinə baxaraq, dedikləri həqiqətən məşğul olduğunuz zaman bu ona əhəmiyyət verdiyinizi göstərir. Və özünü rahat hiss edər.



4. O avtomobil sürərsə onunla ünsiyyətdə olmalısınız

O avtomobil sürərkən əlinizi uzadıb başının arxasını bir müddət yüngülcə oxşayın. Onu güldürmək zəmanətdir! (Not: Avtomobil istifadə edərkən diqqətini çox dağıtmağın!)



5. Ona dəyər verdiyinizi deməyiniz

Hər kəsin maraq göstərmə miqdarı və forması fərqlidir. Amma necə olursuz olun bunu yadınızda saxlayın: Əgər bir kişi əlaqəniz üçün səy göstərirsə (olması lazım olduğu kimi), sizin ona nə qədər dəyər verdiyinizi eşitməkdən heç vaxt bezməz. Hərəkətlərinizdən nə hiss etdiyinizi çıxarmasını gözləyə bilərsiniz, amma bəzi kişilər daha dəqiq bir yanaşmaya ehtiyac duyar. Bu, onun özünü daha xoşbəxt hiss etməsini təmin edir.



6. İlk mesajı göndərməyiniz

Kişilər də ən az qadınlar qədər dəyər, diqqət görməyi sevər. İlk mesajı onun yazmasını gözləməyin və duyğu dolu bir neçə cümlə yazıb göndərin. Ona bir mesaj göndərməyiniz onun xoşbəxt olmasına səbəb olar və gözəl bir söhbət başlayar.



7. Başınızı sinəsinə qoymalısınız

Kresloda oturub televizor izləyərkən və ya uzun bir günün ardından yataqda uzanarkən, qadının başını oğlanın sinəsinə qoyması və kişinin qadını qolu bürüməsi ən gözəl hadisələrdən biridir. Kişilər qoruyucu kimi hiss etməyi sevirlər və bu hərəkət qadının o kişinin yanında özünü etibarda hiss etdiyini göstərirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!