“Kişilər ağıllı qadınları sevmir” – ifadəsinə inanmayın

“Kişilər ağıllı qadınları sevmir” – ifadəsinə inanmayın
Kişi dünyası
10.09.2017 26
Ağıllı qadınlar sevilir: "Kişilər ağıllı qadınları sevmir” – ifadəsinə inanmayın. Bu sadəcə qısamüddətli münasibətlər üçün keçərlidir. Əgər qarşınızdakı insan uzunmüddətli bir münasibət axtarışındadırsa, ağıllı olmağınız və özünüzə güvənməyiniz onun tərəfindən müsbət qəbul olunacaq. Hər bir kişi onu anlayan, şəxsi həyatında ona kömək edə biləcək və çətin vəziyyətlərdə məsləhətləşəcəyi bir qadınla birlikdə olmaq istəyir.



Dinləməyi bacarın: Bir anlıq özünüzü unudun və onu düşünün. Ona özündən, problemlərindən danışmaq fürsəti verin. Pis günlərində nə, niyə, nə üçün, nə olub kimi sualları soruşmaq əvəzinə, qayğıkeş davranıb, onu dinləməyə çalışın.



Eyni zamanda dəyərli olun: Özündən əmin görünmək sizə cazibədarlıq qazandırır. Amma buradakı "özündən əminlik” özündən razılıq kimi yozulmamalıdır. Bir kişi ilə tanış olduqdan sonra həddindən çox naz etməyin, ancaq ondan xoşlandığınızı da çox biruzə verməyin. Kişilər asanlıqla əldə olunan qadınları xoşlamadıqları kimi, onları uzun müddət süründürən qadınları da sevmirlər.



Dəyərli olduğunu hiss etdirin: Önəmli olduqlarını hiss etdirin və bunu səmimiyyətlə edin. Sizdən "Sən mənim üçün dəyərlisən” mesajını alsınlar. Sizə necə davranılmasını istəyirsinizsə, qarşınızdakına da elə davranın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!