Kişini qadından nələr uzaqlaşdırır

Kişini qadından nələr uzaqlaşdırır
Kişi dünyası
10.09.2017 32
Psixoloqlar hesab edir ki, kişini uzaqlaşdırmaq üçün onu həyatınızda baş verən bütün xırdalıqlarla tanış etməyiniz kifayətdir. Buna görə "yeni xalça aldım”, "döşəmələri, nəhayət ki, sildim”, "usta gəlib şəkli asdı” kimi ifadələrlə onu bezdirməyin. Bu kimi məlumatların sevdiyiniz üçün çox maraqsız olduğundan əmin olun.
 
Qadın həyatının intim detalları da kişiləri uzaqlaşdırır. Pilinq, depilyasiya, manikür, pedikür prosedurlarını da kişiyə təsvir etməyiniz artıqdır. Kişilər üçün nəticə daha vacibdir.
Əks cinsin nümayəndəsi zərif görünən xanımı bəyənsə də, buna nail olmaq üçün hansı pəhrizdən istifadə etdiyi heç maraqlı deyildir, əksinə onu məyyus edir.

Bundan başqa qadınlar keçmiş sevgililəri haqqında söz açarkən bu kişiləri qıcıqlandırır.
Xüsusilə də keçmiş sevgilinizi nümunə olaraq gətirməyiniz məsləhət deyildir.

Həmçinin sevdiyinizin keçmiş qadınları haqqında verdiiyiniz suallar onun xoşuna gəlməyəcəkdir.

Kişini özünüzlə alış-verişə aparmağınız isə onu lap özündən çıxara bilər. Sevdiyinizi sizdən uzaqlaşdıra biləcək bir faktor da seksdən daima imtina etməyinizdir.
Sadaladığımız səhv addımlardan uzaq dura bilsəniz sevdiyiniz daima sizinlə olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!