Kişilərin nifrət etdiyi suallar

Kişilərin nifrət etdiyi suallar
Kişi dünyası
10.09.2017 34
 Əgər kişi susursa onunla 2 cür rəftar etmək olar. Birincisi – siz də susursunuz, onu narahat etmirsiniz. İkincisi- onu sual atəşinə tutursunuz. Onun niyə susduğunu soruşur, nə haqda düşündüyünü tapmağa çalışır, sonra isə sizin bu dəqiqə nə düşündüyünüzü ondan soruşa bilərsiniz.



Qadınları bir sıra başqa suallar maraqlandırır və bunların çoxu kişilərin nifrət etdikləri suallardır.



Məsələn:

"Bəs sən məni sevirsən?”

Bu sualın cavabını bildiyimiz halda kişilərə verməyimiz onların qıcıqlanmasına səbəb olur.

"Məni nəyə görə sevirsən”?

"Mənimlə özünü rahat hiss edirsən”

"Səncə mən indi nə haqqında düşünürəm?”

"Mən çox kökəm?”

"Bu don/köynək/şalvar mənə yaraşırmı?”

"Sən indi evdəsən?”

"Məndə bir yenilik görmürsən?”



Kişiləri bəzən bu suallar çaşdırdığına görə onlar cavab verməkdə çətinlik çəkirlər. Onların bizim qədər diqqətli olmadığını nəzərə alsaq hər hansı bir yeniliyi hiss etmələrini tələb etməyimiz onlar üçün çətin tapmacaya bərabərdir.



Söz ehtiyatı o qədər də geniş olmayan güclü cinsin nümayəndələri "Məni ən çox nəyə görə sevirsən” sualına istədiyimiz kimi ətraflı cavablandırmağa qadir deyillər.



”Mən çox kökəmmi” sorduqda isə onlar özlərini tamamilə itirirlər. Belə düşünsələr belə tərsini iddia etməkdə çətinlik çəkən kişilər bizi ideal bədən quruluşuna sahib olduğumuzda bizi əmin etmək istəsələr də, bunu o qədər qeyri peşəkar səviyyədə edirlər ki, kefimiz tamamilə pozulur.



Buna görə, əziz xanımlar, məyyus olmamaq üçün cavabını bildiyimiz sualları verməklə kişiləri qıcıqlandırmamağı məsləhət görürük.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!