Kişilər evlənməkdən niyə çəkinir?

Kişilər evlənməkdən niyə çəkinir?
Kişi dünyası
10.09.2017 6
 "Evlilik” kəlməsini eşidəndə belə özlərini heç də rahat hiss etməyən güclü cinsin nümayəndələrini görəsən bu qədər qorxudan nədir?



1. Azadlıqlarını itirəcəklərindən qorxurlar

Ailə qurmaq barədə düşünərkən bir kişinin ağlına ilk gələn məhz azadlığını itirəcək və ya bağlanacaq məsələsi olur. Sərbəst olmaq onlar üçün çox vacibdir. Əgər subay vaxtı hər istədiyini edirsə təbii ki, belələri ailə qurmaq barədə düşünməyə bilirlər.



2. Həyat tərzini dəyişdirmək istəmirlər

Geyim tərzi və bəzi vərdişlər ailə qurarkən dəyişilməsi lazım olan şeylərdir. Bu alışqanlıqlardan isə kişiləri ayırmaq çətin işdir.



3. Ananızı heç sevməyə bilər

Səhv eşitmədiniz. Kişilərin çoxu qaynanaları sevmir. "Anam bunu dedi, anam belə söylədi” kimi cümlələr kişiləri ailə qurmaqdan uzaqlaşdırmaqdadır.



4. Məsuliyyətdən qorxurlar

Yalnız özü üçün yaşamaq demək olar ki, hər bir kişi üçün keçərlidir. Cibindəki pulu özünə son qəpiyinə qədər xərcləyə bilən bir kişi üçün ailə məsuliyyəti heç də xoş deyil.



5. Sevgilisindən əmin olmaq

Bir kişinin evlənməkdən qorxmasının səbəblərindən ən başlıcası ailə qurmaq istədiyi insana tam əmin olmamasıdır. "Həyatımı onunla keçirmək istəyirəmmi?” sualına heç cür cavab tapa bilməyən kişi evənməkdən imtina edir. Şübhə içində yaşamaq onlar üçün deyil.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!