Kişilər bu xüsusiyyətlərə malik olmalıdır

Kişilər bu xüsusiyyətlərə malik olmalıdır
Kişi dünyası
10.09.2017 11
Bir-birlərindən tam razı olan cütlükər tapmaq çətindir. Hətta ən ideal cütlükər arasında müəyyən çatışmamazlıqlara rast gəlinir. Bəs qadınların düşüncə baxımı ilə əsl kişi keyfiyyətləri necə olmalıdır? Əslində ideal obrazı hamı arzulayır. Amma gəlin realist olaq, heç ideal insan mövcuddurmu?



Öncədən  qeyd etmək istəyirəm ki, bir realist insan olaraq bu yazımda ideal insan təsvir etmək niyyətində deyiləm. Sadəcə olaraq qadın baxımından kişilərdə hansı xüsusiyyətlərin olmasını qeyd etmək istəyirəm.



1. Qayğılı

Kişilər artıq anlamalıdırlar ki, qadınların hamısı qayğı sevən olur. Lakin son illərdə kişilərdə qadınlar haqqında "hədiyyə sevən və tamahkar qadın" obrazı yaranmışdır. Bu belə deyil. Düzdür belə qadınlar da az deyil, amma hamı eyni deyil. Hədiyyəyə qaldıqda isə, qadınlara hədiyyədən çox onlara əks cinsin ayırdığı vaxt, diqqət və qayğı daha çox dəyərlidir.



2. Ünsiyyət

Kişilərdə olan keyfiyyətlər fərqli olmalıdır və hətta zidiyyətli də ola bilər. Amma bu keyfiyyətlər mütləq gərək bir-birini tamamlaya. Bəzən qadınlara onları dinləmək də xoş olur. Bəzən qadınlar qışqırıb dava edərkən belə, onlar yalnız kişilərdən onu qucaqlayıb bağrına basmaqla sakitləşdirməklərini gözləyirlər. Bu baxımdan sadəcə olaraq öz qadınını yaxşı tanımalısan ki, onun nə istədiyini biləsən. Bu baxımdan ünsiyyət çox vacibdir.



3. Xeyirxahlıq və dəstək.

Kişilərdə müstəqillik mövcudluğu, qətiyyət, qadınları hər zaman heyran edir. Buna görə də bu keyfiyyətlər hər bir kişidə mütləq olmalıdır. Təbiətdən  özünə inam və hər bir problemləri həll etmek hissi bacarığı  bir çox qadınlara  verilməmişdir. Bunun üçün də biz qadınlar hər zaman özümüzdən ixtiyarsız olaraq güclü, dəstək ola bilən kişiləri bəyənirik.



Bacarıq sözlərə yox hərəkətə keçməlidir - bu bəlkə də kişilərdə ən mühüm və vacib keyfiyyət olmalıdır. Qadın qulaqları ilə sevir. Amma heç bir qadın boş ümidləri və vədləri sevmir. Hər deyilən sözlər elə sözlərdə də qalacaqsa, bu kişini qadının nüfuzundan  salır və avtaritetini aşağı edir. Qadınlar üçün sözü bütöv və verdiyi sözlərə əməl etmək çox vacibdir. Kişilərdə belə keyfiyyətin olması qadınlara onlara qarşı inamı və etibarı edir.



P.S. Uzun sözün qısası, hər bir qadın fərqlidir və hər bir qadının da kişilərin xüsusiyyətləri barədə öz istəkləri var. Hərdən mənə elə gəlir ki, heç qadınların özləri də bilmirlər ki, nə istəyirlər. Ah, o zaman yazıq kişilər... sizlərə dözüm arzulayıram əziz kşilərimiz. Nə qədər imkanınız var dözün biz qadınların kaprizlərinə...)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!