Kişilərə göndərməməli olduğunuz 8 mesaj

Kişilərə göndərməməli olduğunuz 8 mesaj
Kişi dünyası
10.09.2017 17
Təməli sağlam və uzun müddətli bir münasibət qurmaq üçün partnyorunuzla
mesajlaşma ərəfəsində diqqət etməli olduğunuz vacib faktorlar var.

Mesajlaşarkən
nə vaxt nə deyəcəyiniz çox əhəmiyyətlidir. Bu mesajlar münasibətin
başlanğıc ərəfəsində münasibətinizin gedişatını müəyyən edir.

Biz bu
yazımızda sizin üçün kişilərlə mesajlaşarkən diqqət etməli olduğunuz
bəzi mövzu başlıqlarını göstərmişik. Budur, kişilərə göndərməməli
olduğunuz mesajlar:



1- Darıxdım.

Qadınlar yeni bir münasibətə başlamağın həyəcanı ilə sevgililərinə
onun üçün darıxdıqlarını, ən yaxın vaxtda görmək istədiklərini və ondan
çox xoşları gəldiyini demək istəyirlər. Mesajda bu sözlərlə yanaşı
həddindən artıq ürək, gülüş və digər üz ifadələrini bildirən
smayliklərdən də istifadə edirlər. Bu da ilk vaxtlarda kişilərin xoşuna
gəlsə də, bir müddət sonra onları bezdirir. Buna görə də sevgilisi
yanından ayrılandan hələ 10 dəqiqə keçməsinə baxmayaraq "Sənsiz
darıxdım” deyə mesaj atan qız olmayın!



2- O sizin "uşağınız” deyil

Uşaq danışıqlarına son qoyun! Xüsusilə də mesajlaşarkən.

3 yaşında
bir uşaqla söhbət edərkən deyəcəyiniz sözləri sevgilinizlə
mesajlaşarkən istifadə etməməlisiniz. Belə edərək ona anasını
xatırlatmaq istəməzsiniz hər halda. Bu mesajlaşma tərzi bir vaxtlar
sempatik görünsə də, əslində uzun müddətli bir münasibətin düşmənidir.



3- İkinci mesajı yazmayın!

Ona mesaj göndərmisiniz və bir az gözləmənizə rəğmən hələ də cavab
gəlməyibsə, heç vaxt ikinci mesajı göndərməyin! Əgər bir kişi sizinlə
həqiqətən danışmaq istəyirsə, ancaq o vaxt danışacaqdır. Belə ki, onun
mesajınıza cavab yazmasını istəyirsinizsə, ona sual verməlisiniz. Lakin
mesajlaşmaq üçün söhbəti uzatdığınızı hiss etdirəcək suallar verməməyə
diqqət yetirməlisiniz. Zamana buraxın və unutmayın qaçan qovalanar.
Qovalayan isə siz olmayın.



4- Onun həyatınızda ilk sırada olduğunu bildirməyin!

Həyatınızda sizin üçün hər şeydən və hər kəsdən öndə olmasın və ya
belə olsa da bunu ona hiss elətdirməyin. Əgər sizə kinoya getmək istəyib
istəmədiyinizi soruşarsa, "ola bilər” kimi bir cavab verin. Özünü
önəmli hiss etməsinə şərait yaratmayın. Topu öz əlinizdə tutmaq üçün son
mesaj yazanın o olmasına fikir verin.



5- Hey, ordasanmı?

Əgər mesajlarınıza birdən-birə cavab yazmağı dayandırdısa, ya da gec
cavab yazırsa, ona "Alo, ordasan?” kimi mesajlar göndərməyin. Belə
mesajlar həddindən artıq sahiblənici və ifrat dərəcədə bağlanan biri
olduğunuzu düşünməsinə səbəb ola bilər.



6- "İlk”i mesajla deməyin!

Əgər sevgilinizə ilk dəfə onu sevdiyinizi deyəcəksinizsə, bunu əsla
mesajda yazmayın. Bu sözü onun gözlərinin içinə baxaraq deməlisiniz.



7- Gülüş smayliklərindən az istifadə edin.

Gülməyi sevən biri ola bilərsiniz, ancaq sevgiliniz ilə mesajlaşarkən
hər mesajı gülüş smaylikləri ilə bitirməyin. Mesajlaşarkən
əyləndiyinizi bu smayliklərlə bildirməyinizə ehtiyac yoxdur, çünki
sevgiliniz bunu bilərək sizinlə danışır. Normal ölçüdə və yerində gülüş
smayliki yazmağınız normal sayıla bilər, lakin ifrat dərəcəyə
çatdırmamağa diqqət yetirməlisiniz.



8- Pessimist olmayın!

Həyata küsmüş və ya bütün problemləri beyninə salan biri kimi
görünməyin. Kişilər depressiyada olan qadınlarla vaxt keçirməyi
xoşlamırlar. Buna görə də daha pozitiv olmağa çalışın və probleminiz
olsa belə bunu ona bildirməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!