İndiki kişilər sevməyi bacarmırlar!

İndiki kişilər sevməyi bacarmırlar!
Kişi dünyası
10.09.2017 9
"İndiki kişilər sevməyi bacarmırlar!”, "Hardadır o vaxtkı sevgilər!” kimi fikirlər son zaman çox aktualdır. Sevgi artıq mifə çevrilib, yoxsa hələ ümid var? Son illər ümumiyyətlə, sevgi ilə bağlı düşüncələr tamamilə dəyişilib, bu da birbaşa kişi-qadın münasibətlərində özünü göstərir.



Əksər qadınlar kişilərin ümumiyyətlə sevməyi bacarmadığını düşünürlər. Qadınların gözü ilə kişilər: onlar məsuliyyətsizdirlər, hər şeydə yalnız əyləncə və rahatlıq axtarırlar, eqoist olduqları üçün yalnız özlərini düşünürlər, qadınlarla yalnız vaxt keçirir və maraqları öldükdən sonra başqa macəralar dalınca qaçdıqlarını zənn edirlər və ən nəhayət, kişilərə qətiyyən inanmaq və etibar etmək olmaz.



Qadınlar kişilərin gözü ilə

Kişilərin isə özləri haqda olan bu düşüncələrə cavabları var. Belə ki, onlara görə qadınlar kişilərin azadlıqlarını əllərindən almağa, onları idarə etməyə çalışırlar. Qadınlar həmişə şübhə içindədirlər və kişilərə inanmırlar. Kişilər daim qınağa məruz qalırlar, onları həmişə tələsdirirlər, bir sözlə qadınlar onları başa düşmür.



Qadınların istəyi

Qadınlar daha çox gözəl sözlər, tez-tez sevgi etirafı eşitmək, əzizlənmək, onlara hədiyyə verilməsini istəyirlər. Münasibətlərin əvvəlində hər şey onların istədiyi kimi olur, daha sonra isə zənglər və mesajlar, sevgi etirafları da azalır. Bu isə ilk növbədə qadının "O artıq məni sevmir” fikrinə gəlməsinə gətirib çıxarır və çox vaxt səhv olaraq sevginin öldüyü kimi başa düşülür.



Bəs əslində necədir?

Əlbəttə ki, kişilər də sevə bilir, lakin onlar emosiyalarını, hisslərini qadınlar qədər biruzə verə bilmirlər, qadınlarda isə bunun tam əksi olduğu üçün arada anlaşılmazlıq yaranır. Lakin daha diqqətli olub, hər iki tərəfdə bir-birini başa düşmək və dinləmək bacarığı olsa, əsl hissləri görmək mümkündür.



Həm kişilərin, həm qadınların bir-birindən hisslərini eyni cür ifadə etmək istəyi heç bir məntiqə sığmır, səbəb isə çox sadədir,qadın və kişi müxtəlif cinslərə mənsubdurlar.



Kişilər daha çox məntiqi düşüncəyə sahibdirlər, qadınlarda isə emosiyalar daha üstünlük təşkil edir, məntiq və emosiya bir-birinə tam əks anlayışlardır. Kişi və qadın psixologiyası tam fərqlidir, hətta kişilər üçün yalan danışmaq sevgi etirafından daha asandır.



Sevginin əlamətləri

Kişilərin sevgisini təyin etmək asan olmasa da, mümkündür.



Sevgiliniz uzun müddət keçməyinə baxmayaraq, yenə də sizinlə vaxt keçirməyi dostlarından daha üstün tutursa, sizinlə bağlı gələcək planları varsa və onlardan tez-tez danışırsa və "mən” sözü əvəzinə, "biz” sözünü işlədirsə, deməli siz onun üçün dəyərlisiniz.



Sizə dəyərli olan əşyalarını etibar edirsə, məsələn, maşın, kompüter və s. bu yaxşı göstəricidir, belə ki, kişilər qiymətli əşyalarını paylaşmağı sevmirlər, etibar etdikləri insanlardan başqa heç kim bu şərəfə layiq olmur.



Daha sonra, o, sizinlə olan konfliktlərə belə vaxt sərf eləyirsə, əsəbləşib, vaxtını itirirsə, nə qədər qəribə olsa da, bu da sizə olan qiyməti göstərir, çünki kişilər əhəmiyyət vermədiyi insanlarla konflikt zamanı sadəcə çevrilib gedirlər.



Əgər sevdiyiniz kişi sizə ev və təmir işlərində aktiv kömək edirsə, problemlərinizi qulaq ardına vurmaq əvəzinə onları həll etməyə çalışırsa, bu, onun üçün ötəri bir həvəs olmadığınızı göstərir.

Hər birimiz öz küncümüzə çəkiləndə, hətta ən soyuqqanlı olanlarımız belə sevginin çatışmazlığını çox kəskin hiss edirik, ona görə çalışın sevginizi itirməyin və sevgiyə gecikməyinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!