Kişilərin arzuladığı ideal həyat yoldaşı necə olmalı?

Kişilərin arzuladığı ideal həyat yoldaşı necə olmalı?
Kişi dünyası
10.09.2017 10
İnsanlar
hər zaman ən yaxşısına nail olmağa çalışır. Çoxlu pul qazanmaq, dadlı
yeməklər yemək, və ideal həyat yoldaşı tapmaq. Bir xanımın həyatınızı
paylaşmaq üçün Sizə uyğun olub-olmadığını necə bilmək olar? Bəyiniz üçün
ideal həyat yoldaşı necə ola bilərsiniz?



Gözəllik

Hər
bir kişi, hətta "ən əsası xanımın daxili aləmidir” deyən də qarşısında
gözəl, baxımlı xanım görmək istəyir. Əgər Sizə təbii gözəllik
verilməyibsə, sadə və elementar özünəqulluq cazibədar və özünə inamlı
olmağınıza kömək edəcək. Daha yaxşı görünmək istəyən xanımlara fitnes,
düzgün qidalanma və bir az makiyaj lazım olacaq. 



Ağıl

Ağılsız
qadını yalnız ağılsız kişi seçir. Zərif cinsin nümayəndəsi müxtəlif
biliklərə malik olmalı və söhbəti davam etdirməyi bacarmalıdır. Özünü
həddən artıq ağıllı göstərmək də olmaz – bu, kişini acıqlandıra bilər.
Axşamlar bir fincan qəhvə arxasında xoş söhbət - ən ideal variantdır.
Axı ideal həyat yoldaşı ərinin dostu və məsləhətdaşı olmalıdır. 



Qısqanclığın olmaması və Sakitlik

Ərinin
telefonunda eşələnmə, yoxlamaq məqsədi ilə iş yerinə zənglər, onunla və
dostları ilə saunaya getmək – bütün bunlar əri necə qıcıqlandırmaya
bilər? Hər gün isteriyalı qışqırıqlar və söyüşlər – bir xanımda ola
biləcək ən pis xüsusiyyətlərdir. Ərinə etibar və inam - əsl lediyə
məxsus xüsusiyyətlərdir. Əgər Sizi nəsə qane etmirsə - sakitcə, davasız
və səsinizi yüksəltmədən danışın – bu, daha yaxşı nəticə verəcək. 



Zövq hissi

Vulqar görünən xanım ideal ola bilməz. Həyat yoldaşı zövqsüz gözəl deyil, ərinin bəzəyi olmalıdır.



İdeal həyat yoldaşına məxsus daha bir neçə xüsusiyyət:

Yumor hissi

Heyvanlara sevgi

Ərinin qohumlarına hörmət

Dinləmək bacarığı



Xanımlar, ideal həyat yoldaşı olmaq üçün yaxşıya doğru dəyişin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!