Bədən dili onları ələ verir!

Bədən dili onları ələ verir!
Kişi dünyası
10.09.2017 12
Bəyəndiyiniz insanın sizə qarşı olan fikirlərini öyrənə bilməmək nə
qədər əsəb pozucudur elə deyilmi? Ya da birlikdə olduğunuz adamın sizi
həqiqətən sevib sevmədiyini anlaya bilməmək?

Qadınlar bədən dilini
kişilərdən daha asan və daha tez başa düşürlər. Az sonra oxuyacaqlarınız
qarşınızdakı kişinin əslində nə demək istədiyini, nələr hiss etdiyini
və nə düşündüyünü anlamağınıza köməkçi olacaq. Sizin vəzifəniz daha
diqqətli davranıb əl, qol və mimika hərəkətlərini araşdırmaqdır…

Beləliklə sizinlə maraqlandığını bilməyinizin 10 yolu

 

Sizinlə maraqlanırmı?

Biri
sizi ilk gördüyündə qaş hərəkətləri çox əhəmiyyətlidir. Əgər sizi ilk
gördüyü zamantəsirlənirsə, qaşlarını yuxarı qaldırar. Bu dünyanın hər
yerində yaş, irq ya da sinif fərq etmədən etibarlıdır. Qaşları yuxarı
qaldırmaq gözləri açar və qarşısındakını tam hesab etmək üçün daha çox
işıq çəkər. Bu gözlərin parlaq, böyük görünməsini təmin edir. Əgər
qaşlarının yuxarı qalxdığını hiss etdinizsə onun gözlərinin içinə 1
saniyəyə qədər baxın və bununla, onunla maraqlandığınız siqnalını
verirsiz.

 

Danışarkən dodaqlarınıza baxırmı?

Əgər
sizə qarşı bir marağı varsa avtomatik olaraq dodaqlarınıza baxacaq.
Sizə bir şeylər izah edərkən dodaqlarınıza baxırsa sizinlə maraqlanır
deməkdir.

 

Diqqətinizi çəkməyəmi çalışır?

Bu
hərəkəti kişilərdə dərhal hiss edəcəksiniz. Sizi görüncə qalstukunu
düzəldir, köynəyinimi çəkişdirir? Kütlənin içində onu fərq edə
biləcəyiniz şəkildə danışıb, gülür? Bu diqqətinizi çəkməyə çalışdığını
və digər insanlardan ayrılıb ön plana çıxmaq istədiyi mənasını verir.

 

Saçlarına diqqət göstərir?

Tualetə
girib çıxdıqdan sonra saçları yaş olaraqmı yanına gəlir? Saçlarını
kəsdirir, onlarla maraqlanır və sizi gördüyündə əli saçlarına gedir?
"Buradayam, məni bəyən” demək istəyir.

 

Sizinlə danışarkən qaşları yüngülcə qalxırmı?

Sizə
heyrət ifadəsiylə baxırsa bu sizi ovsunlandığını göstərər. Amma qaşları
sabitdirsə bu adam darıxdırıcı bir tipdir xəbəriniz olsun.

 

Qarşınızda insan dik duruş sərgiləyir?

Göbək
içəridə, kürək geridə, başı yüngül qaldırır, sizinlə danışarkən yüngül
önə doğru əyilirmi? Elə isə bu adam sizin üçün dəli olur!

 

Bədəninizi incəliyən zaman bunu hiss edirsinizmi?

Aşiq
və ya maraqlanan kişilər qadınların gözlərinə və dodaqlarına baxarlar.
Amma yalnızintim münasibət düşünən kişilər qadınların bədənlərini
incəliyərlər. Bu rəftarına görə, onunla əlaqənizi nəzərdən keçirin.

 

Əlləriylə dairələrmi çəkir?

Yığıncaqda, telefonla danışarkən, bir şeylər dinləyərkən barmaq hərəkətləri ilə dairələrmi çəkir? O tam bir seks tutqunudur!

 

Qıçlarını bağlayaraqmı oturur?

Əgər
yanınızda qıçlarını bağlayaraq oturursa bu sizə güvənmədiyi mənasını
verər. Qıçları açıqsa, bu heç də onun vecinə deyil demək mənasını verir.
Amma əgər qıçını qıç üstünə atıb oturursa bu yanınızda dinc və
etibardayam deməkdir.

 

Gözləri iki qaşınızın ortasındadırmı?

Görüşdüyünüzdə iki qaşınızın arasına baxıb danışırsa? Bu sizinlə uzun müddət birlikdə olmaq istədiyi mənasını verər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!