Kişilərin qadınlara söylədiyi bəzi yalanlar

Kişilərin qadınlara söylədiyi bəzi yalanlar
Kişi dünyası
10.09.2017 11
Budur kişilərin söylədiyi ən böyük yalanlardan biri. Sevgiliniz sizi
məşhur bir ulduzla müqayisə edir və nəticə olaraq sizi daha gözəl
tapdığını söyləyirsə bu yalandır. Amma boş verin sizi Beretin Saatdan ya
da Jennifer Lopezdən gözəl tapdığını söyləməsi ruhunuzu oxşayırsa
bundan faydalanın.

 

"Porno film izləməkdən xoşlanmıram”

Porno
filmlər, bir çox kişinin cinsi instinktlərini hərəkətə keçirir. Lakin
belə bir şeyi çoxumuz qəbul etmirik. Çünki qadınlar kişilərin fantaziya
quracağı tək qadın olmaq istəyirlər. Ancaq bu porno marağını çox ciddi
qəbul etmək lazım deyil.

 

"Bu mövzunu daha sonra danışarıq”

Bəzən
hamımız yoldaşımızla, kiçik səbəblərdən doğan böyük müzakirələrə
giririk. Belə vəziyyətlərdə kişilərin etdiyi şey ümumiyyətlə müzakirədən
qaçmaq olur. Lakin biz qadınlar problemi indi danışmaq və bir həllinə
çatmaq istəyirik. Çünki bilirik ki kişilər "Daha sonra danışarıq”
deyərkən əslində "Bu mövzunu bağlayaq” demək istəyirlər.

 

"Kök görünmürsən”

Çölə
çıxmaq üçün hazırlanırsınız. Bir neçə paltar dəyişdirdiniz və ardından
yoldaşınıza "Kökmü görünürəm?” deyə soruşdunuz. Verə biləcəyi ən yaxşı,
hətta tək cavab "Təbii ki kök görünmürsən” olacaq. Yoldaşınız çölə
çıxmaq üçün tələsik davranırsa davamında "Səni sevirəm” ya da "Çox
gözəlsən” kimi cümlələrdən birini gətirə bilər. Bu cavablara aldanmayın,
amma sizi narahat da etməsin! Çünki ümumiyyətlə bu cavablar sizi
depressiyadan uzaq tutmaq üçün deyilmiş çəhrayı yalanlardır.

 

"Üzr istəyərəm”

Qızğın
mübahisənin ardından gələn o iki söz, "üzr istəyərəm”, əslində bizim
üçün kifayətdir. Yanında bir buket çiçək varsa kiçik bir gülümsəməklə
qarşılıq verə bilərik. Lakin bunun nə qədər səmimi olduğunu bilməyirik.

 

"Başqa qadınları düşünmürəm”

Gözü
kor aşiqlər yalnız əfsanələrdə olar. Bərabər olduğunuz insan sizə
"Başqa qadınları düşünmürəm” desə buna inanmayın. Mütləq ağılının bir
küncündə davamlı oynayan bir porno vardır. Əsl problem düşündüyü qadın
gerçəkmi, deyilmi? Bərabər olduğunuz insan jurnallarda və ya
televiziyada gördüyü qadınlarımı düşünür, yoxsa bu adam virtual deyil də
toxuna biləcəyi biridirmi?

 

"Səninlə romantik film izləməyi çox sevirəm”

Qəbul
edək ki, çoxu kişi gözyaşı dolu romantik filmləri sevməz. Lakin
bizlərin eşqə olan inancımızı qorumaq üçün romantik filmlərə ehtiyacımız
var. Əgər yoldaşınızdan sizə əks olunacaq yalanı həyatınızdan çıxarmaq
istəyirsinizsə böyük bir paket dolusu partlamış popkorn və bir neçə bar
şokolad ilə qutu dəsmalınızı yığın, tək başınıza ya da qız
yoldaşlarınızla ən gözəl eşq filmlərinin dadını çıxarın.

 

"Ananla zaman keçirməyi çox xoşlayıram”

Bir
kişi üçün ən çətin imtahanlardan biri olan ‘ana ilə görüşmələr
gözlədiyinizdən gözəl keçir və yoldaşınızdan "Ananla zaman keçirməkdən
çox xoşlanıram” cümləsini eşidirsinizsə, bu, yalanın ayaq səsləridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!