Kişilər qadınlardan nə gözləyir?

Kişilər qadınlardan nə gözləyir?
Kişi dünyası
10.09.2017 12
Gözləntilərin ən yaxşı şəkildə qarşılanması, evliliklərin daha möhkəm əsaslı olmasını təmin edəcək.

Sevgi və
hörmət xaricində, yoldaşların qarşılıqlı olaraq gözləntilələri və
istəklərinin qarşılanması, möhkəm əsaslı bir evliliyin ən əhəmiyyətli
şərtlərindəndir. Təbii ki bu istəklər adamdan adama görə dəyişir. Bir
evlilikdə romantik istəklər, sevmə və sevilmə, aid olma, özünü etibarda
hiss etmə və hegemonluqkən, bu romantik istəklər xaricində, kişilərin
yoldaşlarından gözləmələri və istəkləri əslində çox da fərqli deyil.

 

Kişilər qadınlardan nə gözləyir?

 

Yoldaşınızı dəstəkləyin

Bütün
kişilər üçün, yoldaşlarını qorumaq və ehtiyaclarını ən yaxşı şəkildə
qarşılamaq çox əhəmiyyətlidir. Buna görə, yoldaşınıza, sizin
ehtiyaclarınızı qarşılamaqda kafi olduğunu hiss etdirin və onu hər vaxt
dəstəklədiyinizi bilməsini təmin edin. Beləcə özünə güvənəcək və əlindən
gələnin ən yaxşısını etmək üçün hər vaxt çalışacaq.

 

Anlayışlı olun

Evliliklərdə,
bir kişinin yoldaşından gözlədiyi davranışlarından biri anlayışdır.
Fürsət tapdıqca, onu anladığınızı dilə gətirin və ya hərəkətlərinizlə
göstərə bilərsiniz. İnanın, nə qədər anlayışlı olsanız, sizə olan
sevgisi bir o qədər artacaq və aranızdakı bağ gündən günə güclənəcək.

 

Müvəffəqiyyətlərini təqdir edin

Kişilərin
əksəriyyəti, özünə, sanki bir uşağa davranıldığı kimi davranılmasını
istəyir. Yoldaşınıza bol-bol iltifat edin, onun ruhunu oxşayın. Təbii
bunu edərkən, onun nə qədər şirin olduğundan bəhs etməkdənsə, nə qədər
yaraşıqlı və güclü olduğundan bəhs etməyi sınaqdan keçirdin.

 

Qəbul edin

Bir
çox kişi, yoldaşları onları dəyişdirməyə çalışdıqları zaman kədərlənər
və əsəbiləşər. Dəyişdirə biləcəyiniz adamın yalnız özünüz olduğunun
fərqinə varın və yoldaşınızı olduğu kimi qəbul etməyə çalışın. Əgər
ərinizin heç təsdiqləmədiyiniz bir davranışı varsa da, bunu mümkün
olduğunca şirin dillə ona izah etməyə çalışın.

 

Sözü çox uzatmayın

Əriniz
çox yorğunsa və ya əhəmiyyətli bir proyekt üstündə çalışırsa, onunla
danışmaq istədiyiniz mövzunu bir az olsun təxirə salın və ya sözü çox
uzatmadan, söyləmək istədiklərinizi söyləyin. Danışmaq istədiyiniz mövzu
haqqında, daha çox məlumat əldə etmək istəyirsə, özü sizdən soruşacaq.
Yəni xülasəylə açıq və dəqiq olun, sözü uzatmaq, yoldaşınızı sıxmaqdan
və sizi dinləməməsini təmin etməkdən başqa bir işə yaramayacaq.

 

Şəfqət və maraq nümayiş etdirin

Kişilər,
bəzən şəfqət, maraq və sevgi göstərməkdə çox müvəffəqiyyətli olmasalar
da, yoldaşlarından çox sevgi və maraq gözləyərlər. Çöldə yoldaşınızın
əlindən tutun, onu nə qədər sevdiyiniz ilə əlaqədar mesajlar yazın,
çiyinlərini masaj edin, gözlənilməz bir anda dodağına öpün. İnanın
kişilər də romantizmi sevər və bu səyləriniz sizə sevgi və maraq olaraq
geri dönə bilər.

 

Hörmət nümayişi edin

Yoldaşınızın
düşüncələri haqqında mənfi şərhlər etməyin. Onun düşüncələrinə hörmət
edin və onu mühakimə etməkdən çəkinin. İkiniz haqqında etdiyi planlarla
maraqlanın, onu dinləyəkən gözlərinizi başqa yerlərə qaçırmayın. Ona
hörmət etdiyinizi və düşüncələrinə dəyər verdiyinizi anladığı zaman, o
da eyni hörməti sizə göstərəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!