Ən çox arzu olunan qadın obrazları

Ən çox arzu olunan qadın obrazları
Kişi dünyası
10.09.2017 8
Ötəri həvəs və ehtiras tamamilə kişinin qadını yaxşı tanıdığından sonra
ona qarşı yaranan sevgiyə və bağlılığa oxşar deyil. Bir çox xanımlar
bəylər tərəfindən heyranlıq dolu baxışlara layiq görülür, amma onlardan
yalnız bəziləri belə münasibətlərlə hər gün qarşılaşırlar.

Çoxsaylı
sorğular göstərdi ki, kişi qadında minillərlə qiymətləndirilən fizioloji
və psixoloji xüsusiyyətləri görmək istəyir. Sosioloqlar kişiləri ən çox
cəlb edən və onlarda istək yaradan bir neçə qadın obrazını ayırıblar.

 

Mükəmməl evdar xanım.

Hərçənd
müasir həyat ev məişətində təsərrüfat üzrə müxtəlif texnikadan, hazır
yarımfabrikatlardan və köməkçidən istifadə etməyə icazə verir, evdar
xanım obrazı reytinqlərin zirvələrini tutmaqda davam edir. Kişilər dadlı
yeməyi çox sevirlər, amma onlar çox tənbəldir. Onlar sevdikləri qadının
hazırladığı dadlı ev yeməklərindən dadmaq istəyirlər. Qadın əgər
yoldaşını dadlı yeməklərlə sevdirə bilirsə, hətta onun təmizliyə riayət
etmə bacarıqsızlığı da bağışlanılır.

Əgər siz uşaqlıqdan yemək
hazırlamağı sevmirdinizsə və sizdə tamamilə evdarlıqinstinktləri
yoxdursa, bu zaman yemək bişirməyi öyrənə bilərsiniz. Aşpazlıq dərsləri
sizə bir sıza əyləncəli dərsləri təklif edir ki, burada siz həm yemək
hazırlamağı öyrənəcəksiniz, həm də ki bir çox faydalı məlumatlar əldə
edəcəksiniz.

 

Şən və qayğısız xanım obrazı.

Kişilər
həmişə adi həyat problemləri ilə yüklənməmiş şən qadınlara üstünlük
verirlər. Xoşbəxt və gülümsəyən xanım kişinin həyatına parlaq rənglər
əlavə edir, kişi də öz növbəsində rahatlaşır və öz problemlərinə başqa
tərəfdən baxmağa başlayır. Düzdür, çox vaxt kişi belə qadınlarla ailə
həyatı qurmur, amma o məhz belə qadını öz yanında görmək istəyir.

 

Şəxsi psixoloq.

Kişi
istəyir ki, qadın onu anlasın, dinləyə və zəruri olduqda faydalı
məsləhət verə bilsin. "Şəxsi psixoloq” rolunda olan qadın ona öz ürəyini
boşaldıb, yığılmış neqativdən "azad olmaq” üçün lazımdır. Əgər xanım
onun problemlərini, həyata şikayətlərini səbrlə dinləməyi bacararsa və
düzgün məsləhətlər verərsə, kişinin gözlərində o qiymətsiz olacaq. Əsas
onun evdə problemlərlə bölüşəcəyi, kənarda isə başqa qadınlarla
əylənəcəyi bir kəsə çevrilməməkdir. Şəxsi psixoloq olmaq üçün kişini
dinləməyi öyrənmək lazımdır və onu hər səhv hərəkəti üçün danlamaq lazım
deyil. Bu sevdiyiniz insanın sizə yenidən qayıtmaq istəməsi üçün
kifayət edəcək. Məsləhətlər vermək vacib deyil, siz sadəcə ona
inandığınızı və hər şeyin alınacağını söyləyib onu həvəsləndirə
bilərsiniz.

Aşiq xanım. Kişilər onları sevən qadınları çox xoşlayır.
Bu onların mənliyini yüksəldir və onların özlərinə qiymətini səmalara
qədər qaldırır. "O məni sevirsə, deməli məndə sevilə biləcək nə isə
var!”. Kişilərin əksəriyyəti belə düşünür. Bundan başqa, aşiq qadının
çəhrayı eynəkləri kişinin səhv hərəkətlərini, uğursuzluqlarını və mənfi
tərəflərini görməyə imkan vermir. Belə qadın kişini səmimiyyətlə sevdiyi
üçün onu həmişə bağışlayacaq.

Yaxın dost. Kişi qadının onun
maraqlarını anlayıb və həmfikir olmağını çox xoşlayır. Belə xanıma o,
düşdüyü gülməli vəziyyəti danışmağı ayıb saymır. Əgər bu xanım hələ
"kişi oyunlarını oynamağı” bacararsa, bu çox gözəl olacaq. Axı onunla
futbol matçına yola düşmək, velosipedlə gəzmək, yürüşə getmək olar. O
həmişə yaxın olacaq və onunla danışılası ümumi söhbətlər olacaq. Kişi
dost qadına ehtiyac duyur.

 

Sosioloqlar təbii ki,
kişiləri hansı qadınlar cəlb etdiyini aydınlaşdıra bilərlər, amma niyə
onun məhz bu xanıma deyil, başqasına aşiq olduğu əbədi sual altında
qalır. Buna görə hər bir qadının sevilən və arzu olunan biri olmaq şansı
var. Kişilərin özlərinin praktiki məsləhətləri və "köməkləri” sizə onun
gözlərində mükəmməl obraza nail olmağa imkan yaradacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!