Kişilər nə üçün lazımdır?

Kişilər nə üçün lazımdır?
Kişi dünyası
10.09.2017 33
Kişi bizə nə üçün lazımdır? Hələ uşaqlıqdan biz bilirik ki, kişilər
vətəni müdafiə etmək, ailə saxlamaq, yanmış lampaları dəyişmək, ağac
əkmək və oğlan uşaqlarına nəyisə öyrətmək üçün lazımdır  Bəs bu qlobal
funksiyalardan başqa konkret sizin üçün kişi nəyə lazımdır?

Biz sizə
amerikalı psixoanalitik Karen Xorninin təsvir etdiyi 10 nevroz
ehtiyaclarının müasir qızın romantik münasibətlərində təsvirindən
danışacağıq.

Xorninin fikrincə, aşağıda qeyd olunmuş ehtiyaclar
müəyyən ölçülərdə bütün insanlara məxsusdur. Bu bir növ insan
mövcudluğunun qaçılmaz hissəsi olan acizlik və rədd edilmə hissləri ilə
mübarizə aparmağa kömək edən strategiyalardır.

 

Sevgi və razılıq lazımdır

Nevroz
ehtiyacları üçün tipik sevgi zamanı qadın kişini hər şeyə qısqanır, o
sevgidən doymur, partnyordan ciddi münasibətin daimi sübutlarını almağa
cəhd edir. Bu zaman istənilən tələbləri yerinə yetirməməsi xəyanət kimi
qəbul edilir.

 

Rəhbər lazımlıdır

Hökmləri
çatışmayan qızlar, istənilən məsələdə kişinin fikiri ilə razılaşmağa
meyllidirlər, hətta şəxsi maraqlarının zərərinə belə olsa. Məlum olur
ki, öz kişisinin arxasından itaətkarlıqla göz gəzdirən qızlar rədd
olunmaqdan və ya yalqız qalmalarından qorxurlar.

 

Məhdudiyyətlər lazımdır

Bu
tipi seçən insanlar müəyyən edilmiş nizamı çox qiymətləndirirlər. Belə
qadınlara tələbkarlıq məxsus deyil. Onlar az olanlarla da kifayətlənə
bilirlər.

 

Hakimiyyət lazımdır

Hökmlü
nevrotiklər həmişə nə istədiklərini bilirlər və öz təyinatına son dərəcə
sadiqdirlər. Lakin bu tip qadınlarda bəzi xoşagəlməz xüsusiyyətləridə
qeyd etmək lazımdır ki, bu başqalarının şəxsiyyətinə hörmətsizlik, hətta
yaxın insanların belə hisslərinə məhəl qoymamaqdır. Həmçinin hökm
sevəni hər bir güc qarşısında kor sitayişinə görə tanımaq olar, çünki o
zəifliklərə nifrət edir. Bu qadınlar həmçinin qarşısı alınmaz
vəziyyətlər və acizliklərdən qorxurlar.

 

Kimisə istismar etmək lazımdır

Bu
nevrotizasiyanın ən çox yayılmış növüdür. İstismar edən qadın kişiyə
baxaraq, onun nə qədər qazandığını, biznes üçün təzə ideyaların olmasını
və s. fikirləşir. Burada yalnız o kədərlidir ki, bu qadın arzu etdikdə
belə insana qarşı başqa səmimi maraq hisslərini keçirə bilmir.

 

İctimai maraq lazımdır

Bu
tip nüfuz axtaran insanlara məxsusdur. Faciə ondadır ki, bu insanlar
təkcə kişiləri deyil, həm də özlərini ictimai statusdan asılı olaraq
qiymətləndirirlər. Problemin əsasında ümumi paxıllıq obyekti olmaq
dayanır.

 

Heyran olma lazımdır

Bu qadınlar
özləri haqqında şişirdilmiş təsəvvürə malikdirlər. Onlar
çatışmazlıqlardan tamamilə məhrum edilmiş bir obraz yaratmağa
çalışırlar. Onların özünə qiyməti də tamamilə mükəmməl obraza
uyğunluqdan asılıdır.

 

Qiymətləndirmə lazımdır

Onlar
hər kəsi fəal fəaliyyətləri vasitəsi ilə üstələməyə çalışırlar. Özünə
qiymət bu qadınlarda incə tükdən asılıdır. Onlar daim ən yaxşı işçi
olduqları və ya olmadıqları haqqında fikirləşirlər.

 

Müstəqillik lazımdır

Belə
qız ailə qurmaq istəməyənlərdəndir. Müstəqilliyə cəhd edərək, o necə
olursa olsun yad təsirdən çəkinir, nəyəsə bağlı olmaqdan qorxur.

Təsvir
edilmiş bütün nevroz tendensiyalar, artıq uşaqlıqdan doğulurlar.
Valideynlərlə münasibətlərdə uşaqda təhlükəsizlik hissini dağıdan hər
şey, onda həyəcan və müdafiəsizlik hissinin yaranmasına səbəb olur. Bu
zaman valideynləri ittiham etməkdənsə, problemi anlamağa və özünüzdə
nəyısə dəyişdirməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!