Kişiləri qıcıqlandıran qadın vərdişləri

Kişiləri qıcıqlandıran qadın vərdişləri
Kişi dünyası
10.09.2017 9
Bu mövzu kişilər tərəfindən saunada və balıq tutanda, siqaret çəkəndə,
qarajda, səs-küylü əyləncə gecələrində, dostlar ilə mətbəxdə, demək olar
ki, hər yerdə müzakirə edilir. Bu haqda kitablar yazılır, filmlər
çəkilir. Lakin kişilər bu məsələni nədənsə bizimlə açıq müzakirə etməyə
çəkinirlər. Bu səbəbdən sizə kişiləri qıcıqlandıran əsas qadın
vərdişlərini təqdim edirik.

 

Bəzən olur ki,
qadınların bəzi vərdişləri kişiləri dərhal deyil, bir müddət sonra
qıcıqlandırmağa başlayır. Hər şey hormonlardan asılıdır. Aşiqlik və ya
romantik hiss mərhələsi dövrü üç həftədən üç ilə qədər davam edir və bu
anda partnyorlar bir-birlərinin real çatışmazlıqlarını görmürlər, çünki
onların hormonları aktiv vəziyyətdə olur. Zamanla hormonlar sabitləşir,
onların "gözləri açılmağa başlayır” və sevimli xüsusiyyətlər
qıcıqlandırmağa başlayır. Buzaman hər kəs özünə uyğun hərəkət edir:
kimisi həyatını yeni şəraiti nəzərə alaraq qəbul edir, digərləri isə
yeni "romantika” axtarışına çıxır.

 

Gecikmək vərdişi

Qadınlar
nə üçün gecikir? Gecikmək insana nə verir? Hakimiyyət! Qadınlar
fikirləşir ki: "Mən o qədər unikalam ki, məni gözləyirlər!”

Digər bir variant isə görüşə getmək istəyin olmamasıdır.

 

Kişiləri manipulyasiya etmək vərdişi

Göz
yaşları, qalmaqallar, şantaj — yalnız bizim manipulyasiya metodlarımız
deyil, həm də bu faktın özü kişiləri qıcıqlandırır. Siz kişini idarə
etməyi öyrənə bilərsiniz, amma bunu etdiyiniz zaman zərif hisslər bitir.
Manipulyasiya – hakimiyyətdir. Hakimiyyət olan yerdə isə sevgi olmur.

 

Unutqanlıq

Unutqanlıq
ya həddindən artıq çox yüklənmədən (nə vaxt ki, beyin məlumat axınının
öhdəsindən gəlmir), ya da yetkinsizlikdən yaranır.

 

Sözü kəsmək vərdişi

Sözü kəsmək və ya analoji olaraq kişi nə iləsə məşğul olduğu zaman qadının onu narahat etməsi kişiləri eyni cür qıcıqlandırır.

 

Şəxsi məsafəni pozmaq vərdişi

Bəzən
biz nəyin bahasına olursa olsun kişilər ilə onların istəmədiyi
mövzuları müzakirə etməyə çalışırıq. Məsələn, onun keçmiş sevgilisi və
ya işdə yaşadığı münaqişə. Bu vərdiş də güclü cinsin nümayəndələrini çox
qıcıqlandırır.

 

Mübahisə etmək vərdişi və bu mübahisələrə üçüncü şəxsləri cəlb etmək

Mübahisədə
arqumentlər bitdiyi zaman biz nə edirik? Düzdür, kənar şəxsləri öz
tərəfimizə çəkməyə başlayırıq (onun dostları və ya valideynlərini). Amma
nahaq! Çünki bu taktika da kişini çox qıcıqlandırır. Çox vaxt kişilər
mübahisədə heç problem görmür və bunu kiminləsə bölüşməyi lazımlı hesab
etmir. O həqiqətən hesab edir ki, "bu onun və xanımının arasında olan
bir söhbətdir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!