Kiçik sinəli xanımlar kişilərin xoşuna gəlirmi?

Kiçik sinəli xanımlar kişilərin xoşuna gəlirmi?
Kişi dünyası
10.09.2017 10
Kiçik sinə – çox mübahisəli bir məqamdır. Bəzi xanımlar hesab edir ki,
kiçik ölçülü sinəsi kişilərin gözündə çox cazibədar görünür. Digərləri
isə hesab edir ki, kişilərin diqqətini cəlb etmək üçün ən azı 4 ölçülü
sinəyə malik olmaq lazımdır. Kişilərin fəth edilməsində hər bir şey
əhəmiyyətlidir: həm geyim tərzi, həm düzgün ayaqqabı seçimi, həm
ünsiyyət. Bu koordinatlar sistemində sinə birinci yerlərdən birini
tutur.

Kiçik sinəsi olan qadın özünü əsl istehkamçı kimi hiss edir.
Çünki kiçik boyu hündür dabanayaqqabılarla maskalamaq, xarici görünüşün
nöqsanlarını isə makiyajla gizlətmək olur. Amma kiçik sinə ilə heç nə
etmək olmaz…

Mütəxəssislər isə inandırır ki, kiçik sinəsi ola
xanımlar heç nədən utanmamalıdır. Keçirilmiş sorğulara əsasən aydın oldu
ki, kişilərin yarısından çoxu məhz kiçik sinəsi olan xanımlara üstünlük
verir. İlk növbədə kişiləri toxunmaqla duyulan hisslər cəlb edir və
onlar məhz kiçik sinəyə toxunaraq həzz alırlar.

 

Kiçik sinənin üstünlükləri və çatışmazlıqları

Çatışmazlıq
kimi adətən dekolte libaslarda kiçik sinənin yaxşı görünmədiyi qeyd
olunur. Lakin narahat olmağa dəyməz. Müasir alt paltarı istehsalçıları
bu problemin həllini taparaq "push-up” formalı alt geyimləri ixtira
ediblər. Bu modellər hətta ən kiçik sinəni cəzbedici formaya sala bilir.

Kiçik
sinənin bütün çatışmazlıqları bununla da bitir və yalnız üstünlükləri
qalır. Kiçik sinənin əsas üstünlüklərindən biri odur ki, insan
yaşlandıqca o iri sinədən daha az sallanmağa başlayır. Məsələ ondadır
ki, kiçik sinənin vəzi toxumaları daha kiçik və yüngül olduğu üçün
dərini çox dartmır.

 

Kiçik sinəsi olan xanımlar alt geyimindən istifadə etməsələr də olar

Kiçik
sinə xüsusilə sekslə məşğuliyyətlər zamanı cazibədar olur. O iri
sinədən daha həssas olur, çünki daha kiçik sahədə də eyni miqdarda əsəb
sonluqları yerləşir.

 

Kiçik sinəsi olan xanımlara qaçmaq və qarın üstündə yatmaq çox rahatdır

Bundan
başqa kiçik sinəli xanımlar daha sağlam olurlar. Bu onunla bağlıdır ki,
belə qadınlarda xərçəng və döşgəlmə inkişafının riski aşağı olur.

 

Kiçik sinəyə necə qulluq etmək lazımdır?

İlk
növbədə düzgün alt geyimi seçiminə diqqət edin. Nazik ipli gözəl
krujevalı alt geyimlərinə üstünlük verə bilərsiniz. Lakin bu zaman
diqqət edin ki, o sizi heç yerdən sıxmasın.

 

Komplekslərlə necə mübarizə aparmaq olar?

İlk
növbədə onu bilin ki, kişi qadını onun bədəni, fikirləri, ürəyi ilə
birlikdə sevir. Buna görə sizi sevən insan ümumiyyətlə sizin bədən
qüsurlarınıza diqqət etməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!