Saçlarımız haqqında bilmədiklərimiz

Saçlarımız haqqında bilmədiklərimiz
Kişi dünyası
10.09.2017 14
Son zamanlar qəbul etdiyimiz qidalar, keçirdiyimiz əsəb və stresslərdən
bir çox insalarda saç tökülmə halları baş verir bu da insanlara
psixoloji problemlər yaradır. Qadınlar.biz saç tökülmə səbəblərini sizin
diqqətinizə çatdırır. 



Aparılan araşdırmalara görə, hər 10 nəfərdən yeddisinin saçları
tökülür. Üç nəfərdən biri isə saç əkdirmək üçün müraciət edir. Saç
tökülməsi kişilərdə ciddi şəkildə özünə inamı itirir.



Saç tökülməsi kişilərdə və qadınlarda müxtəlif səbəblərə malikdir.
Sağlam saç gündə ortalama 50-100 tel arasında tökülür. Həddindən artıq
saç tökülməsi hallarında isə bu say artır. Daraqlarımızda həddindən
artıq saç yığıldığını gördükdə, saçımızın təhlükəli hal aldığını
anlamalıyıq. Saç tökülməsinin bir çox səbəbi var. Qadınlarda hormonal
problemlər, qansızlıq, vitamin və mineral çatışmamazlığı,
hamiləlik-doğum, həddən artıq riskli pəhrizlərlə əlaqədar zülal
çatışmazlığı, spirt və siqaret qəbul etmələri və stress səbəbindən
saçlarda tökülmə baş verir.



Tökülən saçlar

Kişilərdə saç tökülməsinin tibbi adı androgenetik alopecia adlanır.
Ümumiyyətlə, kişilərdə saç əvvəl qırılmağa başlayır daha sonra
seyrəlməyə doğru gedir və saçın üst hissəsi tökülür. Qadınlarda isə hər
bölgədən tökülmə eyni anda baş verir. Kişilərdə saç tökülməsi 17
yaşından başlayır. Saç tökülməsi insanda psixoloji olaraq problemlər
yaradır. Saç əkilməsindən sonra isə tam fərqli, olaraq yeni görünüşə
qovuşan xəstələrin özünə inamları daha da artır. Mütəxəssislər qeyd
edirlə ki, xəstələr saç əkdirdikdən sonra siqareti tərgizir və daha
sağlam görünmək üçün idmana başlayır. Həm fiziki olaraq, həm də
psixoloji olaraq özlərini daha yaxşı hiss edirlər, ictimai həyatları
daha da hərəkətli olur.



Saç əkim diqanozu

Kişilərdə saç tökülməsinin tək həlli saç əkilməsidir. Bir çox ölkələrdə
hər üç kişidən biri saç əkdirmə əməliyyatına müraciət edir. Necə ki
dişsiz həyatlarını təsəvvür edə bilmirlər həmçinin saçsız da həyat
maraqsız görünür. Son illərdə inkişaf edən saç əkim texnologiyaları ilə
əkim əməliyyatından sonrası təbii saç görünüşünə qovuşmaq mümkün olur.
Bu da saç əkimi mərkəzlərinə olan marağı artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!